58 yaşlı Hollivud ulduzu Bred Pitt məşhur “GQ” dərgisinin yeni avqust buraxılışının üz qabığına xarizmatik görünüşdə, 70-ci illərin disko-anturaj obrazında çəkilib.
Bizim.Media xəbər verir ki, aktyor sözügedən nəşrə müsahibəsində alkoqol asılılıqlarla mübarizədən, tənhalıqdan və şərab biznesindən danışıb.
Alkoqol məclislərində tez-tez olduğunu bildirən Pitt pandemiya zamanı siqareti atmasına rəğmən əvvəllər gündə bir neçə qutu çəkdiyini etiraf edib.
Pis vərdişlərindən qurtulan aktyor tənhalıq hissinin hələ də onu təqib etdiyini söyləyib.
“Bəli, mən həyatım boyu həmişə yalnız olmuşam”.
Musiqi dinləmək və yeni təcrübələr Pittə əsl həzz verir.
“Musiqi məni xoşbəxtliklə doldurur. Sevinc həyatımın yeni kəşflərindən biri kimi görünür. Mən həmişə axınla gedirdim, o yan-bu yana sürünürdüm. Mənə elə gəlir ki, illərimi mülayim depressiyada keçirdim və yalnız özümü bütün tərəfləri, həm gözəlliyi, həm də çirkinliyi qəbul edəndə sevinc anlarını hiss etməyi öyrənə bildim”.
Aktyor tez-tez gələcək haqqında düşünməyə başladığını etiraf edib.
Bundan əlavə, Bred keçmiş həyat yoldaşı Ancelina Colinin boşandıqdan sonra bir hissəsini rusiyalı milyarderə satdığı şərab biznesinə, sözün əsl mənasında aludə olduğunu deyib.
Məlum olub ki, “Château Miraval” üzüm bağlarının yaxınlığında Pittdə görünməmiş həyəcanı alovlandıran gizli qızıl yataqları var.
“Mən obsesif oldum. Sanki bir ildir ki, hər şey haqqında düşünə bilirdim, daim narahat olurdum. Hətta radar avadanlığı alıb ərazini gəzməyə başladım. Bəlkə də bunun mənim böyüdüyüm yerlə əlaqəsi var, çünki Ozark dağlarında həmişə gizli qızıl anbarları haqqında hekayələr olub”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:11 / 23.06.2022
58 yaşlı Bred Pittin ETİRAFI: \"Hər zaman yalnız olmuşam\" - FOTO
Hazırda oxunan: 58 yaşlı Bred Pittin ETİRAFI: \"Hər zaman yalnız olmuşam\" - FOTO
Hazırda oxunan: 58 yaşlı Bred Pittin ETİRAFI: \"Hər zaman yalnız olmuşam\" - FOTO
80633
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.