Başı qalmaqallardan açılmayan Zerrin Özer karyerasını bitirdi - FOTO

Hazırda oxunan: Başı qalmaqallardan açılmayan Zerrin Özer karyerasını bitirdi - FOTO

80565

Türkiyənin məşhur müğənnisi Zerrin Özer səhnə fəaliyyətini sonlandırıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi özü açıqlama yayıb. 

“Bir neçə gün əvvəl karyeramı sonlandırdım. Bu qərarı “Poll Production”a bildirməyimə baxmayaraq “biletic.com”da biletlərimin satıldığını eşidirəm. Bilet almayın, çünki mən konsertdə olmayacam. Ona görə nə yazılırsa yazılsın, reallıq budur”, - deyə Z.Özer bildirib. 
Xatırladaq ki,  3 il əvvəl iyunun 16-da 61 yaşlı Zerrin Özer özündən 26 yaş kiçik sevgilisi Murat Akıncı ilə nikah masasına oturmuşdu.

Növbəti gün “Kanal D”də yayımlanan “İkinci sayfa” verilişinə zəng edən Seda adlı qadın 34 yaşlı Muratın onunla birlikdə üç qadını aldatdığını və dələduzluq yolu ilə külli miqdarda pulunu mənimsədiyini söyləyərək Zerrinin ərini biabır etmişdi. 

Bundan əlavə, M.Akıncının tanınmış homoseksuallarla münasibətdə olması barədə faktlar üzə çıxmışdı.

Belə ki, onun bir müddət öncə sosial şəbəkədə məşhurlaşan DJ Hakan Kakızla eşq yaşadığı məlum olmuşdu.

Yaşanan hadisələrdən böyük sarsıntı keçirən Zerrin Özer başqalarının haqqında nə dediklərinə əhəmiyyət vermədiyini və Murat Akıncıdan boşanmayacağını bildirmişdi. 

Qeyd edək ki, Zerrin Özer türk musiqisinin əfsanəvi sənətçilərindən biridir. Müğənnin repertuarında yer alan “Son mektub”, “Kıyamam”, “Paşa gönlüm”, “Benimsin” və digər nəğmələrlə məşhurluğun zirvəsinə ucalıb.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin