Namiqdən ETİRAF: "Aygünlə niyə ayrıldığıma görə özümə nifrət etmişəm" - VİDEO

Hazırda oxunan: Namiqdən ETİRAF: "Aygünlə niyə ayrıldığıma görə özümə nifrət etmişəm" - VİDEO

80546

"Mən Aygün Kazımova ilə münasibətim haqqında danışmaqdan bezməmişəm. Əksinə, fəxr edirəm. Bu işimizin uğurudur. Biz münasibətə başlayanda qınaq çox oldu. Bu gün sevinirəm ki, insanlar bizim duetimiz üçün darıxıblar".

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu qonaq olduğu "O kimdir" verilişində deyib. 

O, Xalq artisti Aygün Kazımova ilə illər əvvəl yaşadığı eşqdən, birgə oxuduqları duetlərdən söz açıb:

"Aygün Kazımova ilə niyə ayrıldığım haqda danışa bilmərəm. Bəzən hirslənib demişəm ki, danışacağam. Amma öz-özümə danışıb, özümə nifrət eləmişəm. Bir kişi xeylaqının insanlar arasında bu kimi söhbətləri danışması doğru deyil.
Bu sualı israrla mənə verib, soruşanlar verəcəyim açıqlamanı eşidəndən sonra fikirləri dəyişəcək. Söyləyəcəklər ki, "Niyə belə danışdın?!" Zaman gələcək özüm haqda film çəkəcəyəm. O filmdə hər şey bilinəcək. İnsanlar üçün həyatımda qaranlıq olan məqamlara bu film vasitəsi ilə aydınlıq gətiriləcək.

Başqaları kimi hər şeyi rahatlıqda danışa bilmirəm. Həyatım haqda şübhəli məqamlar var. Həmin filmdə hər şeyin üstü açılacaq. Amma indi yox. Mənim 43 yaşım var. Bu, 60 yaşından sonra  olacaq".

Namiq müsahibələrinin birində söylədiyi, "Aygün Kazımova ən böyük savabımdır" sözlərinə də münasibət bildirib:

"Aygün mənim nə savabım, nə də günahımdır. Bir insan səninlə birlikdə olanda xoşbəxtdirsəbuna savab demək olar. Amma müvəqqəti olduğuna görə ona ad qoya bilmirəm. Şəxsi münasibətlərimiz keçmişdi, amma duetlərimiz əbədidir. Gələcəkdə də duetlərimiz ola bilər".
Söz ustadı, "Duetlərdə Aygün Kazımovanın yeri boşdur?" sualına isə belə cavab verib:

"Bu suala birmənalı cavab vermək olmaz. Aygün nömrə bir ulduzdur. Onun yerini duet baxımından heç kim verə bilməz. Hərəsinin öz yeri var. Efir vasitəsi ilə Aygün yenidən mənimlə duet oxumaq üçün müraciət etmişdi. Yaxşı bir mahnı olsa, duet oxuyarıq. Amma bu elə bir mahnı olmalıdır ki, köhnə uğurlarımıza kölgə salmasın".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin