Müğənninin üzünü it parçaladı: "37 tikiş qoydular" - FOTO 

Hazırda oxunan: Müğənninin üzünü it parçaladı: "37 tikiş qoydular" - FOTO 

80516

Türkiyəli müğənni və aktrisa Zeynep Doruk konsert vermək üçün getdiyi Bodrumda sahibsiz itin hücumuna məruz qalıb.  

Bizim.Media xəbər verir ki, sənətçi yaralı üzünün fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə paylaşıb. 

Doruk “Otelin qarşısında it mənə hücum etdi. Saatlarla davam edən əməliyyatdan sonra üzüm yaxşılaşdı... Xoşbəxtəm ki, gözümü itirməmişəm. Günah itdə deyil, insanlardadır”- deyə hadisəni şərh edib.  

İtə hirslənmədiyini və heyvan sevgisinin heç vaxt azalmayacağını ifadə edən Doruk hadisəni belə şərh edib:  

“O iti belə edən insanlardır. Kim bilir, nə travmalar keçirib? Döyülmüş, işgəncə görmüş, bu hadisəni törədəcək bir məxluqa çevrilmişdir. Biz insanlar təbiəti öldürürük. Heyvanlarla pis rəftar edirik. Onlara yaşamağa yer qoymadıq. Bunun günahkarı it deyil, insanlardır”. 

Sonra Zeynep səhhəti ilə bağlı bunları yazıb:  

“Üzümün sağ tərəfi sınmışdı, qaşımın üstündəki sümük çıxıb. Üzümdə 37 tikiş var. Çox qorxdum və üzüldüm. İşlərimi təxirə salmalı oldum. Tikişlər açıldıqdan sonra üzümün necə görünəcəyini bilmirəm”.  

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin