Keçmiş əri Hollivud ulduzu Conni Deppə məhkəmədə uduzan aktrisa Ember Herd Nyu-Yorkdakı endirim aksiyası keçirilən mağazalardan birində görüntülənib.
Bizim.Media xəbər verir ki, aktrisanın alış-veriş zamanı yanında bacısı Uitni Henrikes də olub.
Ember Conni ilə məhkəməsindən sonra sərt reallıqla üzləşib.
Belə ki, onun milyonlarla dollar borcu var, ona görə də aktrisanın endirimdə olan məhsullar axtarışında olması heç də təəccüblü deyil.
Qeyd edək ki, məhkəmənin nəticələrinə görə, Herd şəxsən Deppə 8,3 milyon dollar ödəməlidir. Ümumilikdə, Emberin 15 milyon dollar borcu var.
Lakin Emberin vəkilləri artıq rəsmi şəkildə bildiriblər ki, o, borcunu ödəyə bilməz.
Rəşad Əliyev, Bizim.Media