Aktrisa Sonaxanımdan ETİRAF: "Həyat yoldaşımı sevməkdə çox böyük səhv etmişəm" - VİDEO 

Hazırda oxunan: Aktrisa Sonaxanımdan ETİRAF: "Həyat yoldaşımı sevməkdə çox böyük səhv etmişəm" - VİDEO 

80132

“Bir kişi əgər bir qadını həqiqətən sevərsə, onun nazını da çəkər, lazım olan maddiyatı da xərcləyər, diqqət də verər”.  

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva qonaq olduğu “Şənbə - Bazar Rövşanə ilə” səhər şousunda deyib.  

Sənətçi bəzi kişilərin “sevirəm” sözü ilə qadınlardan istifadə etdiyini bildirib.  

“Bəzi kişilər “sevirəm” sözündən sui-istifadə edirlər. Onlar “sevirəm” sözünü o qədər ucuzlaşdırıblar ki... Sevirəm sözünü demə, o sözü hərəkətində göstər. Bu saat sevən kişi var?! O kişiləri barmaqla saymaq olar ki, öz xanımını həqiqətəndə sevir”.  
Həyat yoldaşından söz açan Sonaxanım onu sevməkdə böyük səhvə yol verdiyini açıqlayıb.

“Həyatımda bir insanı sevmişəm. İndi dərk edirəm ki, yalnız o şəxsi sevmişəm. Zamanında elə bilmişəm ki, həyat yoldaşımı da sevmişəm. Amma çox böyük səhv etmişəm. Sonrakı sevgim isə...  

Yalnız onu sevmişəm. Çünki sevgimə ancaq o insan layiq idi”.  

Verilişin aparıcısı Rövşanə Ağasəfqızının “Sevdiyiniz şəxsdən niyə ayrıldınız?” sualına isə S.Əliyeva belə cavab verib: 

“Yenə də alın yazısı. Demək ki, o cür olmalıdır. Allah bir insana nəyisə verəndə, nəyisə alır. Hər şey həyatda ideal ola bilməz. Demək məndən nəsə alınmalıdır”.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin