Qardaşına qaraciyərini verən Nərmin Brilliant Dadaşovanın qohumu imiş – VİDEO

Hazırda oxunan: Qardaşına qaraciyərini verən Nərmin Brilliant Dadaşovanın qohumu imiş – VİDEO

79980

"Nərmin Kərimbəyova ilə mən bacı-qardaşın nəvələriyik".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Şourum" maqazin verilişinə müsahibəsində deyib.

Sənətçi gənc həmkarı Nərmin Kərimbəyova ilə qohum olduğunu açıqlayıb.

"Bəstəkar Hökümə Nəcəfova mənim nənəm Xeyransa xanımın bacısı idi. Rəhmətlik Əbulfəz Nəcəfov Nərminin babası idi. O da həkim, akademik, professor idi. Nərminin anası da, atası da həkimdir".

Dadaşova Kərimbəyovaya dəstək olmamasının səbəblərindən də söz açıb.

"Yaxşı müğənniyə dəstək... Bilmirəm. Bəlkə o mənə desəydi ki, hansısa bir verilişə birlikdə çıxaq. Məmnuniyyətlə çıxaram. Bir-iki verilişə birlikdə çıxmışıq. Zəng edib demişik ki, Nərmin sən də gəl, bizimlə bir yerdə iştirak elə. Düşünürəm ki, Nərminin dəstəyə ehtiyacı yoxdur. Çünki onun özünün çox gözəl dəsti-xətti var. Nərmin kiçik yaşlarından mahnılar ifa edir. Sadəcə universiteti bitirdi, ailə qurdu, övladı oldu, sonra qərara gəldi ki, səhnəyə gəlsin. Heç inanmırdım ki, Nərmin səhnəyə çıxar. Amma nə yaxşı ki, çıxdı".

Brilliant Nərminin "Hepatit B"dən əziyyət çəkən qardaşı Kamrandan danışaraq, onların atasının da xəstəlikdən vəfat etməsini bildirib.

"Nərminin atası Malikin də birdən ürəyini tutdu və dünyasını dəyişdi. Nərminin qardaşı Kamran və ümümiyyətlə bizim ailə hər zaman çalışmışıq problemlərimizi gizlədək. Amma Nərmin bunu gizlədə bilmədi. Çünki gizlətməyə bir şey qalmamışdı".

Qeyd edək ki, Nərmin Kərimbəyova daha əvvəl redaksiyamıza açıqlamasında 42 yaşlı qardaşı Kamranın “Hepatit B” virusuna yoluxduğunu açıqlamışdı.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin