Britnidən qardaşına: “Heç vaxt toyuma dəvət almamısan" - FOTO 

Hazırda oxunan: Britnidən qardaşına: “Heç vaxt toyuma dəvət almamısan" - FOTO 

79733

Xəbər verdiyimiz kimi, 40 yaşlı müğənni Britni Spirs və 28 yaşlı fitnes məşqçi Sem Əsgəri ötən həftə evlənib. Aşiqlərin toyu bitsə də, məclis ətrafında söz-söhbət “acı bağırsaq” kimi uzandıqca, uzanır. 

Bizim.Media xəbər verir ki, toy ərəfəsində mətbuatda dəvət olunanların siyahıları ilə bağlı müxtəlif söz-söhbətlər yayıldı. Jurnalistlər iddia etdilər ki, müğənni qardaşı Brayanı özəl gününə dəvət edib. Lakin qardaşı toya gəlməyib.  

“Page Six” nəşrinə insayderlər xəbər veriblər ki, Brayanın toyda olmamasının əsas səbəbi həmin gün qızı Leksinin ad günü şənliyində iştirak etməsi ilə əlaqələndirilib. Ötən gün Britni dedi-qodulara son qoymaq üçün sosial şəbəkə hesabında post yazıb.  

“Heç vaxt mənim toyuma dəvət almamısan, niyə belə cavab verirsən? Doğrudanmı, dörd il mənə viski və kola içməyi qadağan edən qardaşımın orada olmasını istərdim?” – deyə, müğənni qəzəbli şəkildə məsələyə reaksiya verib.  

Həmçinin yazıda Britni anası Lin Spirsdən bəhs edib. O da bu toya dəvət olunmasa da, qızını mühüm hadisə münasibətilə təbrik edib.  

“Məclisdə bir yerdə içki içib uşaq roluna qayıtsaq, sən və anamız sözün əsl mənasında məndən kofe və spirti gizlədərdiniz. Məni incitdin və bunu bilirsən!”- deyə, Britni bu sözləri əlavə edib.  
Qeyd edək ki, B.Spirs daha əvvəl qardaşının ulduzun həyat tərzinə ciddi nəzarət etdiyini açıqlamışdı. Pop ulduzun artıq 21 yaşından çox olmasına baxmayaraq, 2013-cü ildən 2017-ci ilə qədər Las-Veqasda olduğu müddətdə ona spirtli içki qəbul etməyi qadağan etmişdi. Həmin vaxt o, hələ də atasının himayəsində idi və ondan yalnız 2021-ci ilin noyabrında azad olunub. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin