"Hər zaman ailəyə, valideyinlərimə bağlı övlad olmuşam. Bunu bilənlər bilir. Atamın itkisi ilə barışa bilmədiyim zamanlarda, azca özümdə Təskinlik tapırdım. Lakin anamın bu dünyadan vaxtsız gedişi mənə çox təsir etdi".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nurlan Əzizbəyli qonaq olduğu "Günün sədası" səhər şousunda deyib.
"Anam koronavirusdan dünyasını dəyişdi. O, yüksən şəkərli diabet xəstəsi idi. Koronavirus onun bütün daxili orqanlarını dağıtdı".
Anasını vaxtsız itirən Nurlan oğlu Mehranın da bu hadisədən stress keçirdiyini bildirib. Lakin bütün yaşananlara rəğmən müğənni oğlunun özünü toparladığını və ali məktəbə qəbul olduğu söyləyib.
Qeyd edək ki, Nurlan Əzizbəyli bu ilin fevral ayında mədəkiçiltmə əməliyyatı keçirib. 105 kilo çəki ilə əməliyyat masasına uzanan müğənni arıqlayaraq, 35 kilo çəki atdığı haqda Bizim.Media-ya açıqlama vermişdi.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
22:33 / 16.06.2022
Nurlan anasından danışıb ağladı: "Koronavirus daxili orqanlarını dağıtdı" - VİDEO
Hazırda oxunan: Nurlan anasından danışıb ağladı: "Koronavirus daxili orqanlarını dağıtdı" - VİDEO
Hazırda oxunan: Nurlan anasından danışıb ağladı: "Koronavirus daxili orqanlarını dağıtdı" - VİDEO
79610
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.