Türk sineması deyərkən ağıla ilk gələn “Yeşilçam” filmləri olur. “Yeşilçam” film ulduzları bütün dövrlərdə sevərək xatırlanmaqdadır. Bu mənada “Yeşilçam”ın sevilən aktyorları sırasına adını yazmış məşhur aktyor Salih Güny də bir zamanlar türk sinemasının ən yaraşıqlı aktyoru adını qazanmışdı. İndi Türkiyənin bir çox xanım sənətçilərinin vaxtilə ən böyük arzusuna çevirilən Salih Güney Bizim.Media-ya özəl müsahibə verib.
- Sizi daha çox dünyada Türkiyədə “Yeşilçam” Sinama tarixinin canlı əfsanəsi kimi tanıyırlar. Bəs Salih Güney özünü əsl əfsanə kimi hiss edirmi?
- “Yeşilçam” türk kinosunu, türk filmlərini bütün ailələrə sevdirdi və geniş tamaşaçı kütləsinə çatdırdı. Buna kimi türk filmləri az istehsal olunurdu və geniş kütləyə çıxa bilmirdi. Məhz bu səbəbdən də, “Yeşilçam” aktyorları 1964-1999-cu ilə qədər İctimaiyyət və Mətbuat tərəfindən “ƏFSANƏ” kimi şərh edilirdi.
O zamanlar çəkilən “Yeşilçam” filmləri indi də maraq və zövqlə izlənilir. “Yeşilçam” sinema əfsanəsini yaradan Ekrem Bora, Sadri Alışık, Türkan Şoray, Münir Özkul,Tarık Akan kimi sənətkarların yanında mənim də adımın olması türk aktyoru kimi məni çox sevindirir.
- Hülya Avşar, Müjde Ar, Sibel Can kimi məşhurlar niyə zamanında ilk filmlərə məhz sizinlə çəkdilər? Sirr deyilsə,hansını daha çox bəyənirsiniz?
- Dediyiniz bu adlara uğur gətirdiyim danılmaz həqiqətdir. O zamanlar mənim məşhurluğumu nəzərə alaraq mənimlə tərəf müqavili olmaq bir çox xanımların arzusu idi. Adını çəkdiyiniz xanımlar o zaman karyeralarına yeni başlayırdılar və onlarla çəkildiyim filmlər bu xanımlar üçün yeni sənət uğurlarının başlanğıcı oldu. Aktrisa kimi hansının daha proffisional olmasına gəlincə, bunu filmlərə baxan filmsevərlər asanlıqla sezə bilərlər.
- Bir çoxları sizi 1975-ci ildə çəkilmiş “Aşkı-Memnunu” serialından “Behlül” kimi tanıyır. Sonralar bu filmi çəkən rejissorlar “Behlül” roluna seçəcəkləri aktyorları sizə bənzədirdilər. Sizdən illər sonra isə “Behlül” rolunda yalnız aktyor Kıvanç adından söz etdirməyi bacardı. Bu barədə fikirlərinizi bilmək istərdik.
- Zamanla bu mövzuda çoxlu spekulyasiyalar oldu. “AŞKI MEMNU”- da o zaman 6 bölüm oynadıq və bu serial kifayət qədər hay-küyə səbəb oldu. O gündən- bugünə hələ də izləyicilərdən bununla bağlı xoş sözlər eşitməkdəyəm. O zaman isə serialdakı rolumla bağlı daha çox gənc xanımlardan saysız məktublar alırdım.
Adını çəkdiyiniz digər aktyor haqqında isə şərh vermək istəmirəm.
- Ajda Pekkanla " Şəhvətin əsiriyik" filmində rol alandan sonra dedilər ki, Türkiyənin divası Ajda Pekkan ilə bir müddət sevgili olmusunuz. Bu doğrudurmu?
- Bu tip suallar mənim üçün çox özəldir. İki şəxs arasında baş verən şəxsi münasibətləri üçüncü şəxs bilməməlidir. Mən türk kişisiyəm və özəlim ancaq mənə məxsusdur. Məncə nə demək istədiyimi başa düşdünüz.
- Salih bəy, özəl deyərkən 4 dəfə evli olub ayrılmısınız. Bəs indi necə, yenidən evlənmək fikriniz yoxdur ki?
- İslamın şərtinə görə bir kişi 4 qadınla evlənə bilər və mən də 4 dəfə evli oldum . Bununla da evlilik haqqım bitdi.(Gülür)
- Bir müddət ABŞ-da yaşadınız . Bəs yenidən nə üçün Türkiyəyə qayıtdınız?
- ABŞ-da turizmlə bağlı təhsil aldıqdan sonra ölkəmi orada tanıtmaq üçün çalışdım.
Məncə insan öz-özünə sual verməlidir ki, mən niyə bu ölkədə doğulmuşam? Yaşadığım torpaqların keçmiş tarixinin, mədəniyyətinin məhv edilməsinin qarşısını almaq üçün üzərimə düşən məsuliyyəti həmişə davam etdirmişəm .
Hər il Orta məktəb və Lisey şagirdləri ilə tarixi bölgələrimizdə təmizlik işləri aparıram.Onlara vətəni məhəbbət fonunda sevgi və sadiqlik bəxş etməyə çalışıram. Mən hər gün biraz daha çox Türkiyədə yaşamaqdan xoşbəxt olduğumu anlayıram, çünki mənim vətənim Türkiyədir.
ABŞ-da turizmlə bağlı təhsil aldıqdan sonra ölkəmi orada tanıtmaq üçün çalışdım. Vətən sevgisi məni Türkiyəyə geri gətirdi, lakin hər il ABŞ-a səfər edirəm.
- Maraqlıdır, Azərbaycan kino aktyorlarından kimi tanıyırsınız?
- Azərbaycana səfər etdiyim zaman orada bir neçə aktyorla tanış oldum, amma çox təəssüf ki, onların adı yadımda deyil.
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:03 / 16.06.2022
Yeşilçamın məşhur aktyoru: “4 dəfə evli oldum və islama görə evlilik haqqım bitdi” - MÜSAHİBƏ
Hazırda oxunan: Yeşilçamın məşhur aktyoru: “4 dəfə evli oldum və islama görə evlilik haqqım bitdi” - MÜSAHİBƏ
Hazırda oxunan: Yeşilçamın məşhur aktyoru: “4 dəfə evli oldum və islama görə evlilik haqqım bitdi” - MÜSAHİBƏ
79543
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.