Müğənni İbrahim Borçalı canlı efirdə hər kəsi göz yaşına boğub.
Bizim.Media xəbər verir ki, “Xəbər-ətər” səhər şousunun aparıcısı Zümdüd Bədəlovanın “Daxili aləminizi səhmana qoya bilirsiniz?” sualı ilə sənətçiyə müraciət etməsi onu kövrəldib.
Övlad itkisi ilə acılar içində qovrulan müğənninin dili söz tutmayıb.
Bunu görən Zümrüd “Həyat yoldaşına və qızına xatir möhkəm ol. Bilmirəm sizə necə təsəlli verim” - sözləri ilə Borçalıya “üək-dirək” verib.
Sənətçi “Bu acını da yaşayacaqdım” sözlərini dilə gətirib.
Proqramın aparıcısı “Təklikdə qalanda, ürəyinizdən ağlamaq keçirsə, hönkürtü ilə ağlayın” fikirləri ilə sənətçiyə qarşılıq verib.
Bundan sonra İbrahim Borçalı göz yaşlarına hakim ola bilməyib, veriliş reklama çıxıb.
Qeyd edək ki, İbrahim Borçalının oğlu Rəhim Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib. Rəhimin vaxtsız ölümü ilə sarsıntı keçirən İ.Borçalı müsahibələrinin birində şəkər xəstəliyi tapdığını açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:43 / 16.06.2022
Oğlunu vaxtsız itirən İbrahim Borçalı: “Bu acını da yaşayacaqdım” – VİDEO
Hazırda oxunan: Oğlunu vaxtsız itirən İbrahim Borçalı: “Bu acını da yaşayacaqdım” – VİDEO
Hazırda oxunan: Oğlunu vaxtsız itirən İbrahim Borçalı: “Bu acını da yaşayacaqdım” – VİDEO
79500
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.