“Özümü daha yaxşı hiss edəcəyimi gözləyirdim, amma bəzi sağlamlıq problemlərim yarandı. Ağrılar, şişkinlik var. Həyatımda belə ağrı hiss etməmişdim. Güclü zəifliyim var. Üç dəqiqə gəzirəm, sonra da bir saat uzanıram. Amma hiss olunur ki, hər gün yarım faiz yaxşılaşıram”.
Bu sözləri müğənni Nərmin Kərimbəyova Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
Bir müddət əvvəl qardaşı Kamrana qaraciyər donoru olan sənətçi özünün və qardaşının səhhətindən danışıb.
MÖVZU İLƏ BAĞLI:
Qardaşına qaraciyərini verən Nərmin səhhətindən yazdı - FOTO
“Qardaşım da artıq özünə gəlib, indi yaxşıdır. Amma Kamran çox arıqlayıb və arıqlamaqda davam edir. Bu, bizi çox qorxudur. O, əzələ kütləsini itirir. Həkimlər bunun daha 6-8 ay davam edəcəyini deyirlər. Bir tək istəyimiz onu sağlam görməyimizdir. Qaraciyər düzələndən sonra, o, sakitcə kökəlməyə başlayacaq və normal vəziyyətinə qayıdacaq. Nəzərə almaq lazımdır ki, belə ağır əməliyyatdan sonra insan arıqlayır”.
N.Kərimbəyova hələ bir müddət klinikada qalacağını bildirib:
“Təəssüf ki, özümüzə gəlməyimiz çox vaxt aparır. Bu əməliyyat Bakıda olsaydı, çoxdan evdə olardım. Və eyni zamanda anam çox kömək edərdi. O terapevtdir. Özümü zəif hiss edirəm. Bu səbəbdən Bakıya qayıda bilmirəm. Ona görə də qardaşım sağalana kimi gözləyəcəm və Kamranla birlikdə vətənə qayıdacağam”.
Qeyd edək ki, Nərmin Kərimbəyova daha əvvəl redaksiyamıza açıqlamasında 42 yaşlı qardaşı Kamranın hepatit B virusuna yoluxduğunu açıqlamışdı.
Rəşad Əliyev, Bizim.Media