Hiss Gülaydan qisasını aldı: "Oxuduğu janr dinləyəcəyim tərz deyil" – VİDEO

Hazırda oxunan: Hiss Gülaydan qisasını aldı: "Oxuduğu janr dinləyəcəyim tərz deyil" – VİDEO

78932

Müğənni Gülay Zeynallının "O aurada deyiləm ki, Hissin musiqilərini dinləyim" deməsi qarşı tərəfi qıcıqlandırıb.

Bizim.Media xəbər verir ki, "Hiss" ləqəbi ilə məşhurlaşan gənc ifaçı Röya Məmmədova "Şourum" maqazin verilişində Gülaydan qisasını alıb.

İfaçı atmaca dolu sözləri ilə həmkarını sancdıqca sancıb.

"Gülayın oxuduğu tərz mənim dinləcəyim tərz deyil. Hər kəs məni dinləyəcək məcburiyyətində deyil. Öz dinləyici kütləm özümə bəsdir. Məni dinləyən insanları görürəm və onlardan da həzz alıram".

Hiss Gülayı öncə sözləri ilə iynələsə də, sonra isə repertuarında yer alan mahnıya təriflər yağdırıb.

"Öz üzərində çalışan müğənnidir. Gözəl xanımdır. Gülayın bir mahnısı var. Onu da Tərlan Məmmədhüseynov yazıb. Adı da "Doya-doya" adlanır. Bu mahnını çox bəyənirəm. Hətta avtomobilimdə belə dinləyirəm. Tərlan yazıb deyə bu mahnını ona görə sevirəm".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin