Üzərində 50 minlik zinət əşyaları gəzdirən ŞOU ƏHLİ – VİDEO 

Hazırda oxunan: Üzərində 50 minlik zinət əşyaları gəzdirən ŞOU ƏHLİ – VİDEO 

78781

Xəbər verdiyimiz kimi, ötən həftə aparıcı-prodüser Tolik (Tarix Əliyev) özünə dəmdəsgahlı doğum günü məclisi keçirib.  

Bizim.Media xəbər verir ki, gecədə iştirak edən şou əhli “MTV maqazin” verilişində dəbdəbəli geyimlərini və bahalı daş-qaşlı zinət əşyalarını nümayiş etdirib.  

Yaşıl və qızıl rəngləri bir araya gətirən müğənni Türkan Vəlizadə libasına 1000 manat, “Fendi” markasına məxsus çantasına 2000 dollar (təxminən 3400 manat), burnu açıq, dikdaban ayaqqabısına 500 manat xərcləyib.  

Vəlizadənin qolunu bəzəyən “Cartier” brendinə məxsus qolbaqlar 2000 manatdır. Çantasında gəzdirdiyi ətir isə 1700 manatdır. Sənətçinin “look”u toplam 7600 manatdır.  

Qonaqlar arasında qızılı tonlardan aşırı istifadə edən ifaçı Şəbnəm Qəhrəmanova üzərində “sərvət” gəzdirir. Belə ki, onun “Philipp Plein”ə aid çantası 1800 manat, ayaqqabısı 500 manat, qızılı pulcuqlarla bəzədilmiş uzun libasının qiyməti isə 800 manatdır. Müğənninin bu obrazının qiyməti 3100 manatdır.  

Ailə qurması ilə gündəmin oxunu öz ətrafında döndürən müğənni Aysun İsmayılovanın zövq oxşamaq üçün şəxsi atelyesinə məxsus bənövşəyi “kokteyl” libası 400 manatdır. Gümüşü burnu açıq, üzəri isə torlu dikdaban ayaqqabısının qiyməti isə 580 manatdır.  

O ki qaldı onun aksesuarlarına – bir üzük 2500 dollar (təxminən 4250 manat), ikinci üzük 4800 manat, saatı isə 600 manatdır. Aysunun toplam “look”unun qiyməti 5830 manatdır.  

Zövqü və tərzi ilə seçilən aktrisa Pərvin Abıyeva da Tolikin doğum günündə xarici görünüşü ilə diqqət çəkib. Aktrisanın “Diesel” brendinə məxsus fərqli biçimli boz libası 650 dollardır. (təxminən 1105 manat).  

Telediva Afaq Gəncəli də qlamur tərzi ilə göz oxşayıb. Rəngarəng libasına aparıcı 500 manat pul xərcləyib. Opera və vokal ifaçısı Lətifə Soyuözün üzərində gəzdirdiyi zinət əşyalarına Bakının mərkəzində ev almaq olar desək, heç də yanılmarıq.  
Belə ki, müğənninin qolunu bəzəyən “Rolex”dən saatı 37000 manatdır. “Cartier”ə aid üç bilərziyin hər biri 7000 manatdır. Çantası isə 6600 manatdır. Ümumi olaraq L.Soyuözun obrazı 50.600 manat təşkil edib.  

Bizim.Media, Rəşad Əliyev
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin