Aynişanın boşandığı əri xəyanətdən DANIŞDI: “Kiçik oyuna düşdüm, bir qıza mesaj yazdım...” – FOTO/VİDEO 

Hazırda oxunan: Aynişanın boşandığı əri xəyanətdən DANIŞDI: “Kiçik oyuna düşdüm, bir qıza mesaj yazdım...” – FOTO/VİDEO 

78717

"Ailə quranda bilirdim kiminlə və kimin qızı ilə ailə qururam. Bu səbəbdən mənim utanacaq bir yerim yoxdur. Toydan sonra mən daha da məşhurlaşdım".  

Bizim.Media xəbər verir ki, bu sözləri bloger Aynişan Quliyevanın keçmiş həyat yoldaşı - fitnes məşqiçi Kənan Əliyev qonaq olduğu rejisser Nail Naiboğlunun "YouTube"da yayımlanan "Qırmızı" layihəsində deyib.  

Kənan Aynişanla ilk tanışlığından söz açıb.  

"Bir gün mən çalışdığım idman zalına gəldi. O zamanlar Aynişanı qiyabi tanıyırdım. Yaxınlaşdım, onunla idman məşqləri ilə bağlı həmsöhbət oldum. Diqqətimi səmimiyyəti, danışığı və enerjisi çəkdi. Zaman keçdi, danışmağa başladıq. Danışığımız "Səni bəyənirəm, xoşlanıram" kimi sözlərdən ibarət deyildi. Bir də baxdıq ki, artıq nişan tariximiz bəlli oldu".  

Nailin "İlk kim sevgisini etiraf etdi" sualına Kənan belə cavab verib: 

"Bizdə etiraf olmayıb. Biz danışmadan bir-birimizi baxışlardan anlayırdıq. Hərəkətlərimiz onu göstərdi ki, bir-birimizdən xoşumuz gəlir”.  

N.Naiboğlunun "Aynişanla niyə ayrıldınız?" sualı Kənanın boğazını qurudub. O, bu mövzudan uzaqlaşmaq üçün verdiyi cavabı ilə gah nala, gah da mıxa vurub.  

"Şəxsi həyatımla bağlı heç bir yerdə heç kimin yanında - yaxınlarım, dostlarım, qohumlarım, ailəmin yanında bir kəlmə də olsun bu haqda danışmamışam. Bu günə kimi bu barədə danışmamışam və danışmaq niyyətim yoxdur. Adı üstündə, şəxsi həyatımdır. Şəxsi həyatımı heç yerdə səsləndirmərəm, kiminsə səsləndirməsinə də icazə vermərəm. Çünki o mənim ailəm olub. Hər kəs haqqımızda nələrsə danışır, paylaşır. Olub, olmayan şeylər uydurulur. Hətta səni yaxınların belə şərləyir. Haqqımda deyilənlərə, danışılanlara bu günə kimi heç bir reaksiya, nə də ki cavab verməmişəm. Çünki cavabım susmaqdır. Necə deyərlər, susmaq ən böyük cavabdır”.  

Nailin "Xasiyyətiniz tutmadığından ayrıldınız?" sualına Kənan belə cavab verib:  

"Aynişanla oxşar xüsusiyyətlərimiz çox idi. Hətta bəzən elə bilirdim ki, biz eyni insanıq. Bizə dedilər ki, biriniz od, biriniz su olun. Biz də elə olduq. Ona görə də ocağımız söndü".  

Aparıcının "Əksər insanlar sizin toyunuzun həqiqət olmadığını, şou və gündəm xətrinə baş tutduğunu söyləyirlər" - deməsinə fitnes məşqçisi sərt reaksiya bildirib:  

"Məni tanıyan hər kəs bilir ki, Aynişanla toyum həqiqət idi. Bu, şəxsən mənim üçün yetərlidir. Aynişanı da yaxından tanıyanlar bilir ki, toyumuz saxta deyildi. Kənan ikinci dəfə ailə qurmaq kimi bir istəyinin olmadığını dilə gətirib.  

"Hazırda ikinci dəfə evlənmək haqda düşünmürəm. "Instagram"da sual-cavab edirəm. İzləyicilərin 70%-i mənə "Şəxsi həyatınızda kimsə var?" sualımı ünvanlayır. Bu haqda heç kimə cavab verməmişəm".  

"Yenidən müğənni ilə ailə qurarsınız?" sualına isə K.Əliyev belə şərh bildirib:  

"Qarşına çıxan insanın kimliyini və hansı sahədə çalışdığını bilə-bilməzsən. Hər şey ola bilər".  

Daha sonra Kənan haqqında gəzib-dolaşan xəyanət iddialarından da söz açıb:  

"Mən belə bir sual verim. Nə dərəcədə xəyanət edə bilərəm? Mən və həyat yoldaşım yetərincə tanınırıq. Kiməsə yazıb və kimləsə görüşmək şansım var? Bunu istəsəm belə edə bilərəm? Bəli, mən bir qıza mesaj yazmışam. Kiçik oyuna düşdüm deyə, o mesajı yazdım. Amma heç kim deyə bilməz ki, Kənan evli ola-ola, hər hansı bir qızla görüşüb. Sizə bir söz deyirəm, qulaqdan-qulağa isə o söz 10 formada gedir. Kim necə istəyir, elə də anlayır, izah edir. Biz yıxıb-sürüməyə meyilli insanlarıq. Biz artıq belə formalaşmışıq".  

Verilişin sonunda Nail Naiboğlu "Deyirlər ki, Aynişanla evliliyinizin pozulmasında səbəbkar Əməkdar artist Aybəniz Haşımovadır" - sualına Kənan Əliyevin cavabı belə olub:  

"Əsla bu belə deyil. Aynişanla mən insanıq ki, münasibətlərimizə üçüncü şəxsin girməsi mümkün deyil. Aybəniz xanım elə bir insan deyil. Böyükdür, təbii ki, qızıdır. Tövsiyələr verə bilər. Amma bunun bizi ayıracaq tövsiyə olduğuna inanmamışam, inanmıram da. Hansı ana istəyər ki, onun övladının ailəsi dağılsın?".  

Qeyd edək ki, Aynişan Quliyeva ilə Kənan Əliyev cütlüyü 2 il əvvəl dekabrda boşanıblar.  

Rəşad Əliyev, Bizim.Media
 












© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin