Sinəsində şiş aşkarlanan aktrisa: "Gələn həftə əməliyyat olunacam"  - ÖZƏL

Hazırda oxunan: Sinəsində şiş aşkarlanan aktrisa: "Gələn həftə əməliyyat olunacam"  - ÖZƏL

78629

“Gələn həftə sinəmdən əməliyyat olunacağam”.  

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qocaman və məşhur aktrisası Məsumə Babayeva deyib.  

Bir müddət əvvəl redaksiyamızın əməkdaşı ilə söhbətində evdə yıxılaraq, sinəsindən zədə alan aktrisa şişlər əmələ gəldiyini açıqlamışdı. Onları aradan götürmək üçün M.Babayeva cərrahi əməliyyat keçirəcəyini söyləyib.  
“Əməliyyatım daha əvvəl olmalı idi. Lakin əməliyyat masasında həkimlər şəkərimin yüksək olduğunu bilib, təxirə saldılar. Şəkərim aşağa düşsün deyə, dərmanlar qəbul edib, iynələr vurdururam. Sinəmdə şişləri çıxarıb götürəcəklər. Onlar səhhətimə təhlükə yarada bilər. Səhhətim hələ də ağırdır. Daha çox evdə oluram”.  

Qeyd edək ki, M.Babayeva çəkilişlərin birində bərk əsəbiləşib. Daha sonra aktrisa keçirdiyi qərginlik və stress səbəbi ilə evdə olduğu zaman qəfildən insult keçirib.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin