Bu ölkə prezidenti ilk dəfə evləndi - 67 yaşında - FOTO 

Hazırda oxunan: Bu ölkə prezidenti ilk dəfə evləndi - 67 yaşında - FOTO 

78381

Fransanın keçmiş prezidenti Fransua Olland ilk dəfə 67 yaşında evlənib.

Bizim.Media "Le Figaro" nəşrinə istinadən xəbər verir ki, Fransua Olland özündən 17 yaş kiçik aktrisa Juli Qaye ilə ailə qurub.

Aşiqlərin ötən şənbə günü Fransanın cənub-qərbindəki Tül şəhərində toy mərasimi təşkil edilib. Toya yalnız yeni evlənən cütlüyün qohumları və yaxın dostları dəvət olunub.

Olland və Qayenin 2014-cü ildən münasibətdə olduğu məlum olub. O vaxt eks-prezident hələ də jurnalist Valeri Trierveyler ilə görüşüb, lakin “Closer” tabloidində Qaye ilə birgə fotolarını dərc etdikdən sonra onlar ayrılıblar. O zaman Olland heç kimlə evlənməyəcəyini bəyan edib.
Qeyd edək ki, F.Ollandın dörd övladı var. Uşaqlar fransız siyasətçisi Seqolene Ruayal ilə təxminən 30 il davam edən münasibətdəndir. 2007-ci ildə onlar ayrılıb.

J.Qayenin isə kinorejissor SantiYaqo Amigorena ilə əvvəlki nikahdan iki övladı var.

Xatırladaq ki, F.Olland 2017-ci ilə qədər beş il prezident postunu tutub, o vaxta qədər onu Emmanuel Makron əvəzlənib. Qaye aktyorluq istedadı ilə tanınır. O, "Poli", "Ən yaxşı dostum" və "Ən yaxşı tətilimiz" kimi filmlərdə rol alıb.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin