“Bəzi stilistlər var ki, müğənnilərə pul verirlər ki, onları bəzəsinlər. Mənim ağzımı açmasınlar. Yoxsa daha qalmaqallı və səs-küylü açıqlamalar edərəm”.
Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində məşhur stilist Anar Ağakişiyev deyib.
Peşəkar stilist digər həmkarlarına fəaliyyəti ilə “göz dağı” verib, onların gördüyü işlərini isə yerdən-yerə vurub.
“Özümdən başqa heç kimin işindən razı deyiləm. Xarici məşhuru Bakıda bəzəmək başqa şeydir. Amma həmin vizajistləri baxın görün heç xaricə aparırlar? Demet Akalın mənə dedi ki, ayın 27-si boşsan? Hə cavabını verib, onunla Belçikaya getdim. Pulumu da artıqlamasıyla qazandım. İşimə pəl vuranlar həddən artıq çoxdur. Amma bacarmırlar. Mənim qoruyucu mələyim var. O da ki, mərhum Xalq artisti İlhamə Quliyevadır”.
Anar Türkiyəyə köçmək iddialarına da cavab verib.
“Birdəfəlik Türkiyəyə köçə bilmərəm. Orada da evim var. Toylarda tələbatım yüksək səviyyədədir. İyun-iyul aylarında mənə çox tələbat var. Dəli deyiləm ki, pulumdan imtina edim. Hazırda tələbat çox olduğu üçün Bakıya gəldim. Çünki Bakıda gəlinlər vizajları ilə məni gözləyirlər”.
Aralarında soyuq küləklər əsən və bir neçə gün əvvəl Tolikin (Tarix Əliyev) doğum günü partisində müğənni Roza Zərgərli ilə bir araya gələn stilist sosial şəbəkələrdə yayılan görüntülərdən də söz açıb.
O, müğənni ilə barışıq xəbərlərinə belə reaksiya bildirib.
“Roza ilə "salam-sağol"umuz var. Hamı bilir ki, münasibətlərimiz "Maşın" realiti şousundan sonra körlandı. Nə zaman bizi əl-ələ görsəniz bilin ki, barışmışıq. Roza Tolikin ad günündə mənimlə salamlaşıb, rəqs etdi. Sonra yaxınlaşıb məni öpdü. Rəhmətlik İlhamə Quliyeva kimi gərək üzümü çevirərdim? Yox, bunu edə bilməzdim. Bizim münasibətlərimiz demək olar ki, barışığa doğru gedir. Mən hər zaman sülhün tərəfdarlyam".
Tez-tez qarderobunu sosial şəbəkə hesabında gözlər önünə sərən Anar geyimlərə külli miqdarda pul xərclədiyi də etiraf edib.
"Qazancımın 80%-ni geyimə xərcləyirəm. Geyinmədiyim geyimləri də heç kimə vermirəm. Qarderobumda onları saxlayıram. Mən olmayandan sonra geyimlərimdən ibarət muzeyin açılmasını istəyərəm".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:11 / 08.06.2022
Anar həmkarlarını məsxərəyə qoydu: “Müğənnilərə pul verirlər ki, onları bəzəsinlər" - ÖZƏL
Hazırda oxunan: Anar həmkarlarını məsxərəyə qoydu: “Müğənnilərə pul verirlər ki, onları bəzəsinlər" - ÖZƏL
Hazırda oxunan: Anar həmkarlarını məsxərəyə qoydu: “Müğənnilərə pul verirlər ki, onları bəzəsinlər" - ÖZƏL
78237
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.