"Çox varlı sevgilim var. Oliqarxdır, amma adını və kimliyini açıqlamaq istəmirəm. Rus milyarderi Roman Abromoviç səviyyəsində olan bir şəxsdir".
Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Azərbaycanı 2020, 2021-ci illərdə "Avroviziya" beynəlxalq mahnı yarışmasında "Kleopatra" və "Matahari" nəğmələri ilə təmsil edən, gənc və istedadlı müğənni Samirə Əfəndi deyib.
Sənətçi şəxsi həyatı barəsində gözlənilməz açıqlamalar verib. Samirə varlı iş adamı ilə eşq yaşadığını etiraf edib.
"Özəl təyyarə gəldi, məni Milanın "Malpenza" hava limanından götürdü, Avstriyaya uçdum. Səhər getdim, axşam isə qayıtdım. Düzdür mən şəxsi həyatım barədə sevmirəm danışmağı. Çünki gözə-nəfisə gəlirəm".
Müğənni "oliqarx" kimi qələmə verdiyi sevgilisi ilə eşq yaşasa da, lakin onunla evlənmək kimi istəyinin olmadığını söyləyib.
"Evlənmək barədə danışmaq çox tezdir. Evlənmək istəmirəm. Bu barədə də düşünmürəm. Çünki evlilik üçün hər iki tərəf tam hazırlıqlı olmalıdır.
Samirə "Avroviziya" zamanı Norveç təmsilçisi həmkarı "TİX"la (Andreas Haukeland) münasibətlərindən də söz açıb. Əfəndi eşq iddialarını yalanlayaraq, onunla yalnız dost olduğunu diqqətə çatdırıb.
"Norveç tərəfindən "Avroviziya-2022" onları dəstəkləmək üçün dəvət aldım. O ərəfədə "TİX"də orda idi. Onunla uzun zaman idi görüşmürdüm. Getdim görüşdüm. Məni onunla sevgi yox, yalnız çox yaxşı dostluq əlaqələri bağlayır".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:21 / 08.06.2022
Samirə Əfəndidən ETİRAF: “Oliqarx sevgilim var” - ÖZƏL - FOTO
Hazırda oxunan: Samirə Əfəndidən ETİRAF: “Oliqarx sevgilim var” - ÖZƏL - FOTO
Hazırda oxunan: Samirə Əfəndidən ETİRAF: “Oliqarx sevgilim var” - ÖZƏL - FOTO
78198
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.