Bred Pittdən Ancelina Coliyə yeni İTTİHAMLAR - Şərab zavodu QALMAQALI

Hazırda oxunan: Bred Pittdən Ancelina Coliyə yeni İTTİHAMLAR - Şərab zavodu QALMAQALI

78112

Bred Pitt keçmiş həyat yoldaşı Ancelina Colinin ünvanına yeni ittihamlar irəli sürüb.

Bizim.Media xəbər verir ki, aktyor onun 2008-ci ildə evlilikləri zamanı birlikdə əldə etdikləri şərab biznesinin reputasiyasına xələl gətirdiyini bildirib.  

Söhbət “Miraval” şərab zavodundan gedir. Bred Pittin vəkillərinin fikrincə, “Miraval” aktyorun əsl ehtirası olub, onun səyləri sayəsində "çox milyon dollarlıq biznesə çevrilib və dünyada ən hörmətli qızılgül şərab istehsalçılarından biridir”.  
Pittin sözlərinə görə, Coli layihənin uğurlu olması üçün heç nə etməyib. Aktyor yeni iddiada (sənədlər məhkəməyə aparılıb və ictimailəşib) ailə biznesindəki paylarını bir-birinin razılığı olmadan heç vaxt satmamaq barədə razılığa gəliblər. Lakin Coli bu müqaviləni pozub.

“Ancelina Coli Bred Pittlə müqaviləni qəsdən pozaraq şərab zavodunda payının iddia edilən satışını gizli həyata keçirib.

Bununla Coli keçmiş ərinə zərər vermək üçün qazanılmamış qazancı əldə etməyə çalışıb” - Məhkəmə sənədlərində deyilir.

Belə ki, 2021-ci ildə Ancelina Colinin “Chateau Miraval” mülkündəki payını sataraq “SPI Group”un böyük spirtli içki istehsalçısına sahib olan rusiyalı iş adamı Yuri Şefler ilə sövdələşmə etdiyi barədə məlumatlar ortaya çıxıb.

Pittin vəkilinin sözlərinə görə, iş adamı biznesi “ələ keçirməyə” başlayıb və məxfi məlumatlardan öz biznesi üçün istifadə edib.  

Qeyd edək ki, keçmiş Bred-Ancelina cütlüyü 2016-cı ildə ayrılıblar. 2019-cu ildə isə rəsmi olaraq boşanıblar. Lakin onlar dostluq münasibətlərini qoruya bilməyiblər.

Keçmiş həyat yoldaşları hələ də uşaqların qəyyumluğu ilə bağlı məsələləri həll etməyə çalışırlar. Pittin hüquqlarına etiraz etmək üçün Ancelina Coli aktyorun oğullarından birinə qarşı məişət zorakılığına məruz qaldığını xatırladıb.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin