“6-cı sinifdə köhnə pulla 1500 manat qazanmışdım”.
Bizim.Media xəbər verir ki, bu sözləri aktyor Elcan Rəsulov qonaq olduğu “SözBaz” maqazin verilişində deyib.
Uşaqlığından söz açan aktyor o illərdə zibillikdən şüşə toplayaraq, pul qazandığını etiraf edib.
““Yasamal” rayonunda indiki kimi belə binalar yox idi. Ora düzənlik idi. Əraziyə zibil tökürdülər. Qonşularımızdan bir-iki nəfərlə oranı özümüz üçün kəşf etmişdik. Orada çoxlu şüşə olurdu. Biz küçələrdən, “Şıx” çimərliyindən də çoxlu şüşə yığırdıq. Zibillikdən o şüşələri götürüb təmizləyib yeşiklərə yığırdıq.
Bizi yaralar basmışdı. Çünki zibillikdə həşərat çox olur. Dostum Seyid dedi ki, yaman gündəsən. Heç kim üzünə baxmayacaq”.
Onun sözlərindən çox pis olmuşdum.
Proqramın aparıcısı Zümrüd Bədəlovanın “Ehtiyacdan bu işi görürdün?” sözlərinə isə E.Rəsulovun cavabı belə olub:
”Həmin dönəm pula o qədər də ehtiyacım yox idi. Sonra isə o pula ehtiyac yarandı. Pis niyyətli olmağım bu işlərə gətirib çıxardı. Atam xaricə getdi, 7-8 ay orada qaldı. Amma bundan xəbərimiz olmadı. O, uzun müddət Bakıda olmadı. Başa düşdüm ki, evimizə pul gətirən yoxdur”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:25 / 07.06.2022
Azərbaycanlı aktyor: “Pul qazanmaq üçün zibillikdən şüşə toplayırdım” - VİDEO
Hazırda oxunan: Azərbaycanlı aktyor: “Pul qazanmaq üçün zibillikdən şüşə toplayırdım” - VİDEO
Hazırda oxunan: Azərbaycanlı aktyor: “Pul qazanmaq üçün zibillikdən şüşə toplayırdım” - VİDEO
78078
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.