Dünya pop səhnəsinin ulduzu Madonna paylaşımına görə qalmaqalın mərkəzinə düşüb.
Bizim.Media xəbər verir ki, 63 yaşlı müğənni sosial şəbəkə hesabında yataqda çəkdirdiyi açıq-saçıq fotolarını yayımlayıb.
Alt geyimin üzərinə qara rəngli gecə xalatı geyinən sənətçinin şəkillərini dünyaca məşhur repçi “50 Cent” (əsl adı Kertis Cekson) başına qaxınc edib.
O, Madonnanın açıq-saçıq fotolarının rəy bölməsinə tənqid dolu fikirlər yazıb.
“Ümid edirəm bu şəkli onun uşaqları çəkməyib. Kimsə ona desin ki, 63 yaşındadır. Getsin bir az dincəlsin”.
Bu, Madonna və Cekson arasında ilk toqquşma deyil. Belə ki, tərəflər artıq eyni məsələ ilə bağlı daha əvvəl də mübahisə ediblər. Noyabr ayında müğənninin çarpayıda yarıçılpaq pozlarını “50 Cent” sərt şəkildə qınamışdı.
Buna cavab olaraq Madonna "Özünü dostum kimi göstərən 50 Cent-ə baxın. İndi məni çirkaba atmağa çalışırsan. Sənə başqasını tənqid etməyi məsləhət görürəm. Məni qısqanırsan" cavabını vermişdi.
Qalmaqallı olayın ardından, repçi müğənnidən üzr istəmişdi.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:27 / 06.06.2022
Madonna - \"50 cent\" qarşıdurması pik həddə: \"63 yaşın var, get dincəl\" – FOTO
Hazırda oxunan: Madonna - \"50 cent\" qarşıdurması pik həddə: \"63 yaşın var, get dincəl\" – FOTO
Hazırda oxunan: Madonna - \"50 cent\" qarşıdurması pik həddə: \"63 yaşın var, get dincəl\" – FOTO
77932
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.