“Övladlarımla həftəsonları Novxanıda at çapmağa getdik. At qəfildən itlərin hücumuna məruz qaldı və hürkdü. Bu zaman atdan yıxıldım. Övladlarım o anlarda yanımda olublar. Başımdan, üzümdən və bədənimdən müxtəlif xəsarətlər almışam”.
Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Fire Land production”un rəhbəri, xeyriyyəçi Cəlal Qurbanov deyib.
MÖVZU İLƏ BAĞLI:
Tanınmış şair Novxanıda atdan belə yıxıldı - VİDEO
O, baş verən hadisəni belə nəql edib:
“Gözümü açanda “Gömrük” hospitalının reanimasiya şöbəsində idim. Yaddaşımı itirmişdim, amma indi həkimlərin sayəsində özümü daha yaxşı hiss edirəm”.
C.Qurbanov haqqında yayılan “Cəlal Qurbanova itlər hücüm çəkib” xəbərlərini yalanlayıb.
“Haqqımda xəbərlər yayılıb ki, güya itlər məni dişləyib. Amma dezinformasiyadır. İtlər məni dişləməyib, ata hücum ediblər. Səhhətim normaldır və axşam saatlarında evə buraxılacam. Mənimlə maraqlanan sənət yoldaşlarıma və həkimlərə dərin təşəkkürümü bildirirəm”.
Rəşad Əliyev, Bizim.Media