Samirə də plastik əməliyyat keçirəcək - VİDEO  

Hazırda oxunan: Samirə də plastik əməliyyat keçirəcək - VİDEO  

77876

“Qollarımın və ayaqlarımın həcmini azaltmaq istəyirəm. Ayaqlarımda sallanmalar var”.  

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Samirə Yusifqızı qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial proqramda deyib.  

Xeyli çəki atdığını söyləyən söz ustadı plastik əməliyyat keçirmək istəyi ilə bağlı bunları deyib: 

“Arıqlasam da qollarımın həcmi azalmayıb. Onları əməliyyat yolu ilə incəltmək istəyirəm. Bədənşəkilləndirmə əməliyyatı etdirməmişəm. Anadangəlmə beləyəm. Amma istərdim ki, bədənşəkilləndirmə əməliyyatı keçirim. Boğaz altı sallanmalarım da var. Onları da aradan qaldırsam, yaxşı olar”.  

Verilişin aparıcısı Elgiz Əkbər “Əməliyyata 7-8 min manat pul lazımdır” - deyə Samirəyə səslənib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin