Şakira Pikenin xəyanətindən danışdı

Hazırda oxunan: Şakira Pikenin xəyanətindən danışdı

77761

Müğənni Şakira "Barselona"nın futbolçusu Herard Pikenin xəyanəti ilə bağlı guya əsəb böhranı keçirərək xəstəxanaya yerləşdirilməsi xəbərini təkzib edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Hola” nəşri yayıb.

MÖVZU İLƏ BAĞLI:

Şakira rəsmən elan etdi: "Onunla yollarımızı ayırdıq"


“Bu yaxınlarda Barselonada xəstəxanada olduğum barədə çoxlu mesajlar aldım. Sadəcə bilmənizi istəyirəm ki, bu fotolar keçən həftə atam yıxılanda çəkilib. Mən onu təcili yardım maşını ilə xəstəxanaya apardım, indi sağalır”, - müğənni Twitter-də yazıb.

Şakira və Pike 2011-ci ildə görüşməyə başlayıblar və bu müddət ərzində iki uşaq dünyaya gətirdilər. Lakin rəsmi olaraq nikahları yoxdur.

Bu həftə müğənninin övladlarının atasını xəyanətdə ittiham etməsi ilə bağlı xəbərlər yayılıb.

Pikenin ya gənc sarışınla, ya da komanda yoldaşı Qavinin anası ilə yatdığı haqda şayiələr yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin