Mətanətlə barışan Canana: \"Mülkdən, torpaqdan və alimentdən imtina etdim\" - VİDEO 

Hazırda oxunan: Mətanətlə barışan Canana: \"Mülkdən, torpaqdan və alimentdən imtina etdim\" - VİDEO 

77674

"Böyük oğlum Tuncayla danışdım. O söylədi ki, "Mətanət nənə ilə sənin barışığına inanmıram". Tuncayın bu sözləri o qədər mənə təsir etdi ki, düşündüm ki, sanki uşağım həyatdan uzaqlaşıb. Yəni inanmır heçnəyə. "Bundan sonra onun gələcəyi necə olacaq?" kimi suallar verdim özümə. Tuncaya sübut olaraq, Mətanət xanımın evinə gedib, onunla barışmaq istədiyimi söylədim. Uşaqlar da söhbətimizi görüb çox sevindilər".

Bizim.Media xəbər verir ki, bu sözləri bir neçə həftə əvvəl qaynanası Əməkdar artist Mətanət İsgəndərli ilə barışan Canana "MTV maqazin" verilişinə müsahibəsində deyib.

Aylardır qaynanası və həyat yoldaşı Kərimlə qalmaqal yaşayan Canana onlarla aralarında baş verən xoşagəlməz hadisələri kənar şəxslərin müdaxilə etməsi ilə əlaqələndirib:  
 
"Mətanət xanımın ətrafında olan insanlar sağlam insanlar olmayıblar. Onu düz yola gətirməyiblər. Mətanət xanımı hər zaman çox istəmişəm. Hər zaman ona deyirdim ki, heç kimi dinləməyin. Özünüz olun. Özünüz çox gözəl insansınız. Onun bunun sözü ilə oturub, durmayın. Cavab olaraq söyləyirdi ki, "Mən heç kimə qulaq asmıram". Deyirdim ki, "Əgər qulaq asmasaydınız, bu hadisələr olmazdı".

Canana keçmiş həyat yoldaşının ikinci dəfə ailə qurmasına isə belə münasibət bildirib:

"Allah onları xoşbəxt eləsin. İstəyib, ikinci dəfə ailə qurub. Mənim üçün əsas dost olmağımız, övladlarımızı bir yerdə böyüdüb, başa çatdırmağımızdır. O elçi gedəndə gəlib məndən xeyir-dua aldı. Mən də bunu normal qəbul edib, onlara xoşbəxtlik arzu etdim".

Mətanətin keçmiş gəlini iki oğlu və bir qızı ilə yaşamaq üçün ona düşən paylardan imtina etdiyini etiraf edib:

"Mülkdən, torpaqdan və alimentdən imtina etdim. Ömür boyu da heç bir iddia qaldırmayacağımı rəsmi sənədlə təsdiqlədim. Amma övladlarımın üçü də məndə qalacaq. İndi uşaqlarım nənəsi ilə qalır. Övladlarım ögey ana yanında qalsaydı, buna qətiyyən icazə verməzdim. Onları yanıma götürərdim".

Canana həyat yoldaşı ilə ayrılmasını isə fərqli dünyaların adamları olması ilə əlaqələndirib:

"Mən avropa düşüncəli insanam. Kərim isə mənim əksimdir. O çox sakitdir. Kərim kənd həyatını sevir. Biz fərqli-fərqli insanlarıq. Amma indi ailə həyatı qurduğu xanım tam istədiyi bir insandır".

Əməkdar artist Mətanət İsgəndərli isə keçmiş gəlini ilə barışmasına belə reaksiya verib:

"Mən sülh və barışıq adamıyam. Kin-küdurət mənlik deyil. Davanı qətiyyən sevmirəm. Bu uşaqlara da təsir edir. Biz nə ediriksə, uşaqlara xatir edirik və eləməliyik. Həyatımızda bizim övladlarımız varsa, ana oldunsa, uşaqların üçün yaşamalısan. Həyatı mən məhz bu cür başa düşürəm".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin