Türkiyəli müğənni Sıla Gençoğlunun başına xoşagəlməz iş gəlib.
Bizim.Media xəbər verir ki, təxminən 20 gün əvvəl yıxılaraq körpücük sümüyünü sındıran sənətçinin həkimi son müayinədən sonra Sılaya iyun ayında planlaşdırılan konsertlərinə icazə verməyib.
Sosial media hesabından mövzu ilə bağlı sevənlərinə videomüraciət yayımlayan Gençoğlu səhhəti ilə bağlı pərəstişkarlarına məlumat verib:
“8 adlı asılqanla sizə səslənirəm. Təzə hadisə deyil, əslində mayın 10-da baş verib. Sağalmaq ümidi ilə dişlərimi sıxsam da, alınmadı. Yıxıldım və körpücük sümüyüm qırıldı”.
Məşhur müğənni sözlərini belə davam etdirib:
"Əslində ilk 3 konsertimizi ləğv etməyimizin səbəbi bu idi. Sizə xəbər verməmək üçün çox çalışdım, amma həkimim dedi ki, iyunda verəcəyim konsertlər riskli olacaq. Mən böyük ruh düşkünlüyü yaşadım. Mahnılarım yenidir. Kədər və sevinci birlikdə paylaşacağımızı düşündüm. 1 iyulda konsertlərimə başlayacağam”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:26 / 04.06.2022
Sıladan üzücü xəbər - Körpücük sümüyünü qırdı, konsertləri ləvğ olundu - VİDEO
Hazırda oxunan: Sıladan üzücü xəbər - Körpücük sümüyünü qırdı, konsertləri ləvğ olundu - VİDEO
Hazırda oxunan: Sıladan üzücü xəbər - Körpücük sümüyünü qırdı, konsertləri ləvğ olundu - VİDEO
77633
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.