Conniyə məhkəmədə uduzan Ember müflisləşir

Hazırda oxunan: Conniyə məhkəmədə uduzan Ember müflisləşir

77476

Keçmiş Hollivud cütlüyü Ember Herd Conni Depplə davaya görə müflis ola bilər.  

Bizim.Media xəbər verir ki, uduzan aktrisanın vəkili bildirib ki, müvəkkilinin keçmiş ərinə 10 milyon dollardan artıq pul ödəməyə vəsaiti yoxdur.  

Bu halda onun gələcək filmlərdən aldığı maaşın bir hissəsi böyük borc ödənilənə qədər Deppin cibinə gedə bilər. Emberin hökmdən apellyasiya şikayəti verəcəyi gözlənilir. Yəqin ki, o, iflas olunduğunu elan edəcək.  
Qeyd edək ki, qalmaqalla boşanan aktyor Conni Depp ilə Ember Herd bir-birini qarşılıqlı olaraq məhkəməyə vermişdilər.

Əvvəlcə Depp böhtan ittihamı ilə 50 milyon təzminat tələb etmişdi. Ember isə qarşılığında keçmiş ərinə 100 milyon dollarlıq təzminat davası açmışdı.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin