Türkiyədə yaşayan və orada modellik fəaliyyətini uğurla davam etdirən azərbaycanlı Günay Musayeva Gürcüstanda keçirilən moda gecəsində podiuma çıxıb.
Bizim.Media xəbər verir ki, gürcü dizayneri Datuna Sulikaşvilinin yeni kolleksiyasında yer alan libası Günay üzərində daşıyıb.
Dərin sinə dekolteli dar geyimi nümayiş etdirən G.Musayeva fit və ideal bədən quruluşu ilə yenə də diqqətləri üzərinə çəkib.
Qeyd edək ki, Günay Musayeva illər əvvəl sinəsini silikonla böyüdüb. Keçən il isə model silikonlardan diskomfort keçirdiyini bildirərək, onlardan azad olub. Beləcə o, daha təbii görünüş alıb.
Rəşad Əliyev, Bizim.Media