“Heç zaman arzum olmayıb ki, doğum günümə Aygün Kazımovanı və ya Röya Ayxanı çağırım”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.
Proqramın aparıcısı Zaur Kamalın “Aygün Kazımovanı və Röya Ayxanı arzu etsən, gələcəklər ki?” sualına Şəbnəm belə cavab verib.
“İstəsəm, xahiş etsəm, gələrlər. Sənət dostu kimi onları qonaq çağırmanın başqa yolu da var. Münasib giymətə çağırsam, gəlib çıxış edərlər məclisimdə. Röya xanımı çox istəyirəm. Gəlmək üçün ona 20 min manat da verərəm”.
Daha sonra Şəbnəm Tovuzlu verilişdə ən böyük arzusunu dilə gətirib:
“Qızımın toyunda Türkiyənin məşhur ulduzu Sibel Can ansamblı ilə çıxış etsin”.
Z.Kamalın “Sibel Can toya 90 min avroya gəlir” sözlərinə Ş.Tovuzlu “Yox, 60 min manat” deyərək, fikirlərini belə davam edib.
“Sibel Canı uşaqlığımdan sevirəm. Lazım olsa, 100 min də verərəm, təki gəlib qızımın toyunda çıxış etsin”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:21 / 01.06.2022
Şəbnəm Tovuzlu: “İstəsəm, Röyaya 20 min verib doğum günümə çağıraram” - VİDEO
Hazırda oxunan: Şəbnəm Tovuzlu: “İstəsəm, Röyaya 20 min verib doğum günümə çağıraram” - VİDEO
Hazırda oxunan: Şəbnəm Tovuzlu: “İstəsəm, Röyaya 20 min verib doğum günümə çağıraram” - VİDEO
77129
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.