“12 yaşımda qoyun kəsib, qarın təmizləyirdim”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sabir Əhmədov qonaq olduğu “SözBaz” maqazin verilişində deyib.
Sənətçi kiçik yaşlarından əvvəlcə ət mağazasında, sonra isə marketdə çalışdığını etiraf edib.
“Bu işimlə fəxr edirdim. Məcburiyyətdən bu işi görməmişəm. Pul qazanmaq istəyirdim. Bu iş halaldır. Ən çox iş qurban bayramında olurdu. Ət alanda artıq bilirəm ki, bu ət bir gün, yoxsa iki gün əvvəl kəsilib. Rəngindən belə bilirəm ki, bu ət soyuduca qalıb, ya yox? Əvvələr kiçik “kommisionu”lar vardı. Kiçik yaşlarımda orada da satıcı kimi işləmişəm”.
S.Əhmədov verilişin gedişatından ali təhsilindən də söz açıb:
“Moskvada pullu fakultəyə qəbul olundum. Təhsilimin pulunu ödəmək mənim üçün çətin idi. Valideyinlərim kömək etmək istəyirdi. Amma mən işləyib təhsil haqqımı özüm ödəyirdim”.
Qeyd edək ki, S.Əhmədov 8 il əvvəl həmkarı Aygün Rəhimova ilə eşq yaşayıb. Daha sonra onlar qalmaqallı şəkildə ayrılıblar.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:45 / 31.05.2022
Azərbaycanlı müğənninin ETİRAFI: \"Qoyun kəsib, qarın təmizləyib pul qazanırdım\" – VİDEO
Hazırda oxunan: Azərbaycanlı müğənninin ETİRAFI: \"Qoyun kəsib, qarın təmizləyib pul qazanırdım\" – VİDEO
Hazırda oxunan: Azərbaycanlı müğənninin ETİRAFI: \"Qoyun kəsib, qarın təmizləyib pul qazanırdım\" – VİDEO
77035
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.