Dünya şöhrətli repçi Drake 2022-ci ilin ilk beş ayında ən çox dinlənilən sənətçilər siyahısına başçılıq edib.
Bizim.Media xəbər verir ki, bu müddət ərzində musiqiçi təkcə ABŞ-da 3 milyard dəfə dinlənilib.
Bu barədə musiqi statistikasını dərc edən “ChartData”nın “Twitter” hesabında məlumat yayılıb.
YoungBoy Never Broke Again” ləqəbli reper isə Dreykdən bir neçə pillə geridə qalıb. Belə ki, o, 2,8 milyard dəfə dinlənilərək ikinci yerdə qərarlaşıb. İlk üçlüyü isə 2,5 milyard dinlənmə ilə Taylor Swift tamamlayıb. O, siyahıdakı yeganə qadın olub.
İlk 10-luqda həmçinin Juice WRLD (2,2 milyard), The Weeknd (2 milyard), Kanye West (1,9 milyard), Lil Durk (1,7 milyard), Morgan Wallen (1,7 milyard), Eminem (1,5 milyard) və Future (1,5 milyard) yer alıb.
Qeyd edək ki, Drake üç ildən sonra, 2021-ci ildə ilk albomu “Certified Lover Boy”u çıxarıb. O, bu alboma görə çoxlu mənfi rəylər alsa da, musiqi çartlarında uğur qazanaraq “Ən Yaxşı Rep Albomu” nominasiyasında “Billboard – 2022” Musiqi Mükafatını qazanıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:05 / 31.05.2022
Drake 2022-ci ilin ən çox dinlənilən ifaçısı oldu
Hazırda oxunan: Drake 2022-ci ilin ən çox dinlənilən ifaçısı oldu
Hazırda oxunan: Drake 2022-ci ilin ən çox dinlənilən ifaçısı oldu
77009
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.