Madonnanın oğlu qız paltarında anası ilə boks görüşünə qatıldı - FOTO

Hazırda oxunan: Madonnanın oğlu qız paltarında anası ilə boks görüşünə qatıldı - FOTO

76961

Məşhurlar həmişə dünya pop səhnəsinin ulduzu Madonnanın üslubunu təkrarlamağa çalışırlar. Bu dəfə isə pop ulduzun tərzini oğlu təkrarlayıb.

Bizim.Media xəbər verir ki, müğənni ötən həftə sonu boks görüşünə qara idman kostyumunda gəlib, 16 yaşlı Devid Banda isə “Adidas”ın “Gucci” ilə əməkdaşlığı ilə ərsəyə gələn V-yaxalı qırmızı libas geyinib. O, “look”unu “Vivienne Westwood”dan zinət əşyaları və qara idman ayaqqabısı ilə tamamlayıb.   

Madonnanın üslubunun biliciləri Devidin bu görünüşündə anasının illər əvvəl lentə alınan fotolarla müqayisə edərək təkrarladığını üzə çıxarıblar.   

Oxşar dekolteli qırmızı, eyni zamanda “Adidas” paltarı müğənni 1993-cü ildə Sietldə "Sleepless"in premyerasında geyinmişdi.  

Madonna isə ötən həftə “Balenciaga” markasının təqdim etdiyi yeni kolleksiyasındı yer alan “Adidas”la əməkdaşlığının birgə dizayn etdiyi libasda qatılıb.   

Qeyd edək ki, Pop ulduzunun oğlu Devid üçün qadın geyimləri adi bir hala çevrilib. Belə ki, keçən yaz Madonna oğlunun ipək paltarda dolaşdığı video yayımlamışdı.
Devidin bu görüntülərdən sonra izləyicilər Madonnanı oğlunun seksual oriyentasiyası ilə bağlı suallara qərq etmişdilər. Lakin müğənni onlara cavab verməmişdi. Bir müddət sonra isə Devidin başqa oğlanla öpüşdüyü videosu qalmaqala səbəb olmuşdu.    

Rəşad Əliyev, Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin