Xatun mərhum qardaşına doğum günü keçirdi – VİDEO

Hazırda oxunan: Xatun mərhum qardaşına doğum günü keçirdi – VİDEO

76950

Müğənni Xatun Əliyeva mərhum stilist qardaşı Balaşa doğum günü yığıncağı keçirib.    

Bizim.Media xəbər verir ki, 39 yaşı tamam olan Balaşın ad günü məclisi paytaxt restoranların birində baş tutub.   

Məclisdə Xatunun sənət dostları iştirak edib. Qonaqlar arasında Əməkdar artist Mətanət İsgəndərli, müğənni Nazənin və digər məşhurlar olub. Mətanət “Özün boyda dərd verdin” mahnısı ilə məclisdə çıxış edib.  

Mərhum Balaşın doğum günü məclisindən görüntüləri qonaqlar sosial şəbəkədə paylaşıblar.   

"Qısa ömrün şərəfli yolu. Bu gün Balaşın Balaşsız günüdür. Yaşasaydı, 39-cu baharını qeyd edəcəkdik. Vaxtsız gedişin, qəm yükümə fərmandır. Yazı yazan belə yazdı, əzizim. Xatirəsi sevənləri və doğmaları üçün əziz olan Balaş, yerin behişt, ruhun şad olsun. Mövludun mübarək" deyə, Xatun Əliyeva sosial şəbəkə hesabında paylaşımına şərh yazıb  

Qeyd edək ki, Balaş Əliyev ötən il beyin xərçəngindən vəfat edib.   

Rəşad Əliyev, Bizim.Media

 










© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin