Xəbər veridyimiz kimi, müğənni Elnur Məmmədov Səudiyyə Ərəbistanının Məkkə şəhərinə gedib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında səfərindən fotolar və videolar paylaşıb.
Elnur İslamın ən mühüm məscidi, Məkkə şəhərində yerləşən əzəmətli və müqəddəs Kəbə evinin görüntülərini "İnstagram" səhifəsinin "Hekayə" bölümündə izləyiciləri ilə bölüşüb.
O, paylaşımına "Rəsul Allahın evindən hamıya salam olsun" şərhini yazıb.
Qeyd edək ki, Elnur Məmmədov 2011-ci ildə ailə qurub. Lakin onun 10 il övladı olmayıb. O, aylar əvvəl qonaq olduğu "Günün sədası" səhər şousunda ata olmaq üçün xeyli pul xərclədiyini açıqlayıb. Ötən il isə E.Məmmədovun İlham adlı oğlu dünyaya gəlib.
Rəşad Əliyev, Bizim.Media