Pərviz Tünzalənin Türkanın ifasını "faciə" adlandırmasına QƏZƏBLƏNDİ: "Reklam tutur" - VİDEO

Hazırda oxunan: Pərviz Tünzalənin Türkanın ifasını "faciə" adlandırmasına QƏZƏBLƏNDİ: "Reklam tutur" - VİDEO

76794

Xalq artisti Tünzalə Ağayevanın həmkarı Türkan Vəlizadənin ifası və oxuduğu mahnılar haqda söylədiyi "Faciəvi reallıqdır. Belə bir mahnı heç zaman sənət əsəri ola bilməz" deməsinə meyxanaçı Pərviz Bülbülədən sərt təpki gəlib. 

Bizim.Media xəbər verir ki, söz ustadı Xalq artistinin onun duet ortağı haqda dediklərindən hiddətlənərək, qarşı tərəfin "bostanını daş-qalaq" edib. 

Pərviz Tünzalənin Türkan qədər sevilmədiyini onun üzünə vurub. 

"Türkanın ifası faciədir, demək olmaz. Əksinə Tünzalə onu böyük kimi yanına çağırıb, "ay bacım, ay qızım, filan mahnını belə oxusan, faciə yox, lap yaxşı olar" deməli idi. Çıxıb hardasa Türkan haqda nələrsə demək onun üzərindən özünə reklam tutmaqdır. Əslində faciə özündən cavan ifaçıların üstünə getməkdir.

Faciə cavanların mahnısı deyil. Özündən cavan bir müğənni yeni mahnı oxuyan kimi şişirdib deyirlər ki, "Belə mahnı olar?". Elə mahnı olmazsa zəng elə, çağır. Türkanın əgər mahnısı faciədirsə, gedək kütlə olan bir yerə görək Türkanı daha çox istəyirlər, yoxsa Tünzaləni?!
Düzdür Tünzalənin də öz kütləsi, dinləyici ordusu var. Amma Türkan daha çox bu gün gündəmdə və təlabatlı ifaçıdır. Türkan həmin mahnısı ilə bütün mövsüm toyları, Azərbaycanı diyar-diyar gəzib. Tünzalənin sözündən belə çıxır ki, bütün toylar faciənin içindədir?".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin