“Eurovision 2022”nin qalibi mükafatını 900 min dollara satdı – Ukrayna üçün PUA alacaqlar

Hazırda oxunan: “Eurovision 2022”nin qalibi mükafatını 900 min dollara satdı – Ukrayna üçün PUA alacaqlar

76785

Ukraynanın “Kalush Orchestra” qrupu “Eurovision 2022” mahnı müsabiqəsində qazandığı mükafatı hərracda satıb. Pul Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yönəldiləcək.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qrupun rəsmi Instagram səhifəsinin hekayələr bölümündə məlumat verilib.

“Eurovision 2022” mükafatının satışa çıxarıldığı hərracın başlanması mayın 25-də elan edilib. Kristal mikrofon üçün rəqabət güclü olub, buna görə də yekun auksion mayın 28-dən 29-a keçirilib.
Teleaparıcı və şoumen Sergey Pritulanın sözlərinə görə, ilk mərcləri qrupun sahibkarları edib, onlar 28 min dollar veriblər.

Lakin bugünkü canlı yayım zamanı mərc 45.000 dollardan 900.000 dollara qədər qalxıb.

Beləliklə, mükafat Ukrayna kriptovalyuta birjası WhiteBIT-ə verilib. S.Pritulanın fonduna daxil olan vəsaitə zərbə PUA-sı almağı planlaşdırırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin