Niyam "od püskürdü": "Röya salam almır, Roza ilə danışmıram, Aqşindən xoşum gəlmir" - VİDEO

Hazırda oxunan: Niyam "od püskürdü": "Röya salam almır, Roza ilə danışmıram, Aqşindən xoşum gəlmir" - VİDEO

76780

Müğənni Niyam Salaminin Xalq artisti Röya Ayxan, müğənni Roza Zərgərli və meyxanaçı Aqşin Fatehlə hələ də "qanlı bıçaq" olduğu üzə çıxıb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Şourum" maqazin verilişində yuxarıda adı çəkilən həmkarları haqda söylədiyi qalmaqallı fikirlər, münasibətlərin gərgin olduğunu göstərib. 

Niyam Xalq artisti Röya Ayxanı onun salamını almamaqda ittiham edib. 

"Röya ilə münasibətim yoxdur. Mən paxıl deyiləm. Nəyisə gizlətməkdən də xoşum gəlmir. Bir kəlimə deyəndə güya nə olur ki? Mən Röyanı efirdən çox gözləmişəm. O qədər paxıl insanlar var ki, hətta mənim gördüyüm iş onun gözünə girir. Bu yaxınlarda radio aparıcısı Kazım Sübhanla bir arada idim.
O mənə Röyanın illər əvvəl Əməkdar artist Sənubər İsgəndərli ilə etdiyi müsahibəni göstərdi. Röyanın o müsahibəsini izlədikdən sonra hər şeyi sildim. Kim Röyanı yaxından tanımaq istəyirsə həmin müsahibəyə "YouTube"da baxsın. O müsahibəni izlədikdən sonra Röyaya olan insanların baxışı, fikri tamam dəyişəcək.

Məndə də dəyişdi. Allaha dua edirəm ki, Röya ilə üzbəüz gəlməyim. Dostluğum Röya ilə olmasın. Röya salamı almır. Ona görə ondan xoşum gəlmir. Salam Allahın adıdır. Salamı verəndə almaq lazımdır. Salam sözü dostluğa dəlalət etmir.

Salam alanda üz döndərmək lazım deyil. Yalandan güya eşitmirəmsə... Nə yaxşı pisliyi eşidirsiz?! Yaxşı olan salam sözünü eşitmirsiz?!".

Həmkarı Roza Zərgərlinin verilişdə ifasını dinləyən Niyam onunla danışmadığını etiraf edib. 

"Roza haqda içimdən gələn sözləri efirdə yox, onun üzünə deyə bilərəm. “Münasibətimiz yoxdur?” sualına isə “bilmirəm” deyə cavab verirəm".
İllər əvvəl "Maşın" realti-şousunda meyxanaçı Aqşin Fatehlə söz savaşına çıxan N.Salami qarşı tərəfin mahnısını eşidər-eşitməz "başını tutub", "ağzını açıb, gözünü yumub".

"Aqşini yaxşı tanıyıram. Bir var tanıyasan, bir də var ki çox yaxşı tanıyasan. Mənim ondan xoşum gəlmir.  "Maşın" şou da heç yadımdan çıxmaz... Mənə qarşı çox pis rəftar etdi. O da mənim yadımdan çıxmır. Bitdi!".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin