Efirə gəlinliklə çıxan Şəbnəm: “Arzumuz vardı, xaricdə toy etmək” - VİDEO  

Hazırda oxunan: Efirə gəlinliklə çıxan Şəbnəm: “Arzumuz vardı, xaricdə toy etmək” - VİDEO  

76481

“İlk dəfə 2003-cü ildə gəlinlik geyinmişəm. O zaman da həyəcan vardı, amma indi gəlinliyi üzərimdə gördüm, kövrəldim. Gəlinliyin həyəcanı nədirsə, insan özünü başqa bir ampluada görür. 19 il keçib üstündən. Artıq 18 yaşında bir qızım var”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “Tarixin Bir Günü” günorta şousunda deyib.  

Gəlinlik libasında efirə çıxan sənətçi evliliyindən söz açıb:  

“Hər bir insanın xatirələri var. Heç bir qız istəməz ki, ilk addığı atdım puç olsun. Yenə də qismət. İnsan bilmir ki, atdığı addım necə olacaq və düşünür ki, daha yaxşı olardı. Şükür edirəm ki, iki gözəl övladım var. Gözəl ailəm və məni sevən bir bəy var”.  

İkinci dəfə “hacı” deyilən şəxslə ailə həyatı qursa da, gəlinlik geyinmədiyini açıqlayan Ş.Tovuzlu toyunu xaricdə keçirmək arzusunda olduğunu bildirib.  

“Heç vaxt mala-mülkə göz dikməmişəm. Bəy nə qədər diqqət göstərsə, bir o qədər yaxşıdır. Xanımın xoşuna gələr. Hər zaman diqqətə, sevgiyə, səni başa düşən insana önəm vermişəm. Şükürlər olsun ki, ikinci dəfə yanılmadım. İşlərimizlə bağlı ayrı qalsaq da, əsas odur ki, aramızda sevgi var. İkinci dəfə ailə həyatı quranda gəlinlik geyinmədim. Bir arzumuz vardı, xaricdə toy etmək”.  

Qeyd edək ki, Şəbnəm Tovuzlunun birinci evliliyindən bir qızı, ikinci evliliyindən isə Əli adlı oğlu var.

Rəşad Əliyev, Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin