“Heç özüm də bilmirəm, necəyəm? Yalan deyə bilmərəm ki, yaxşıyam. Yaxşı deyiləm. Dərin depressiyadayam. Amma nəyin depressiyasıdır, heç özüm də bilmirəm. Bu dəqiqə hər şeyin depressiyasını yaşayıram. Həyatımda indi ən pis anları yaşayıram. Deyiləsi deyil. Evə qapanmışam, küçəyə çıxmıram”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov qonaq olduğu “Günün sədası” səhər şousunda deyib.
Hazırda həyatında dərin sarsıntılar və depressiya keçirdiyini söyləyən sənətçi Azərbaycanı tərk etmək istədiyini açıqlayıb.
“Kimsə mənə mənfi söz deyəndə dərhal depressiyaya düşürəm. Baxmayaraq ki, üzdə büruzə vermirəm. Azərbaycandan bir illik xaricə getmək istəyirəm. Problemləri burda qoyum, gedim, sakitləşim. Evdə deyirəm ki, bir də gördünüz, əşyalarımı toplayıb çıxıb getdim. Sıxılıram”.
Bir müddət əvvəl toylarda çıxış etmək üçün Rusiyada qalan K.Abbasov orada rus şou-biznesinə qatılmaq istədiyini də dilə gətirib.
“Dörd ay Rusiyada qaldım. Oradan baxanda bura neqativ görünürdü. Düşünürdüm ki, bir prodüser olar, məni rus şou-biznesinə qatar. Orada qalsam, daha çox iş görərəm, nəinki burada”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:00 / 27.05.2022
Depressiyada olan Kərim: “Azərbaycanı tərk etmək istəyirəm” - VİDEO
Hazırda oxunan: Depressiyada olan Kərim: “Azərbaycanı tərk etmək istəyirəm” - VİDEO
Hazırda oxunan: Depressiyada olan Kərim: “Azərbaycanı tərk etmək istəyirəm” - VİDEO
76469
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.