Dünya futbolunun əfsanəsi Devid Bekhemin yenicə ailə həyatı quran oğlu 23 yaşlı Bruklin Bekhem həyat yoldaşı, 27 yaşlı Nikola Peltsə olan sevgisini bədəninə yazdırıb.
Bizim.Media xəbər verir ki, Bruklin aprel ayında Florida ştatında keçirilən dəbdəbəli toy mərasiminin şərəfinə sağ çiyninə yeni döymə vurdurub.
O, qara kursivlə yazılmış yeni döyməsinin göründüyü fotonu "İnstagram"da paylaşıb.
"Nikola, sən dəhlizlə gedəndə nəfəsim kəsildi, bu gecə və həmişə çox gözəl görünürsən. İcazə verin onu deyim ki, sözlər sənə olan sevgimi ifadə edə bilməz, sadəcə sənə baxmaqla gələcəyimi görürəm və bu yuxu kimidir. Sən mənim dünyamsan və mən səni hər gün daha çox sevməyə davam edirəm”, - deyə döymədə yazılıb.
Qeyd edək ki, Bruklin Bekhem və Nikola Peltz aprelin 9-da evləniblər.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
07:18 / 26.05.2022
Bekhemin oğlu arvadının şərəfinə çiyininə "DASTAN" yazdırdı - FOTO
Hazırda oxunan: Bekhemin oğlu arvadının şərəfinə çiyininə "DASTAN" yazdırdı - FOTO
Hazırda oxunan: Bekhemin oğlu arvadının şərəfinə çiyininə "DASTAN" yazdırdı - FOTO
76210
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.