Tanınmış müğənni Xuraman Şuşalı illər əvvəl çəkdirdiyi hicabsız fotolarından söz açıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Həmin Zaur” axşam şousunda bildirib.
Verilişin aparıcısı Zaur Kamalın, “Yadındadır, səninlə Şamaxıda bir klip çəkdirmişdik. Həmin klipin görüntülərini təqdim edəcəyəm. Mən aşıq idim, səndə bulaqdan su götürürdün” sözlərini Xuraman Şuşalı belə cavablayıb: “O klipdə yaylıqdayam, efirə verə bilərsən”.
Aparıcının, “Digər fotolarını göstərməyə icazə vermirsən?” sualına isə müğənni belə reaksiya verib.
“Hicabsız fotolarımı sildirirəm. Sildirə bildiklərimi sildirdim. Amma qalanlar qalıb. Pulla da həll olunacaq iş deyil. Pulu ödəsəm də, başqası yükləyəcək və buna biznes kimi baxacaqlar. Keçmiş keçmişdə qaldı. Müğənniyəm, səhnə bunu tələb edirdi".
Rəşad Əliyev, Bizim.Media