Sevil-Sevinc bacıları: “Nə televiziyaya, nə də ki radioya pul ödəmişik”

Hazırda oxunan: Sevil-Sevinc bacıları: “Nə televiziyaya, nə də ki radioya pul ödəmişik”

75966

“Bəstəkarla danışanda deyirəm ki, sən bu gün mənə bu mahnını hit adı ilə təqdim edirsən, amma bunu əvvəlcən bilmək olmaz. Və ya deyir ki, siravi bir mahnıdır, götür oxu, doldur repertuarını. Bunlar hamısı qismətə bağlıdır. Mahnı ifa edəndə, sən həmin mahnıdan çox şey gözləyirsən. Amma görürsən ki, istədiyin effekti vermir. Həqiqətən indi mahnı qıtlığı var. Xalq mahnılarına daha çox müraciət edirik. Köhnə nəğmələrin “cover” versialarını yazdırırıq, yeni aranjimanda təqdim edirik ki, gənclər dinləsinlər. Belə olan təqdirdə köhnə mahnılar unudulmur”.  

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində müğənnilər Sevil-Sevinc Səfərova əkiz bacıları deyib.  

“Bir sıra meyxanaçılar duet ortağınız Namiq Qaraçuxurlunu janrını dəyişməkdə ittiham edirlər” fikirlərinə Sevil-Sevinc belə münasibət bildirib:  

“Namiqin təqdimatını, ifasını, statusunu meyxana ilə bərabər tutmaq olmaz. Bunu əsla pis mənada demirəm. Namiqin repertuarına nəzər salsaq, onun bu gün oxuduğu ifalar tam başqa janrdır. Hələ ad tapmamışıq, amma axtarışdayıq, tapacağıq”.  

Namiq ilə oxuduqları “Oxşamıram” duetinə ağız büzüb, bəyənməyələrə də bacılar redaksiyamız vasitəsi ilə ismarış yollayıblar.    

“Namiq ilə oxuduğumuz “Oxşamıram” duetini çox sevirik. İşimizə çox məsuliyyətlə yanaşırıq. Bəyənməyənlər də var, bəyənənlər də. Bu isə zövq məsələsidir. Əsas odur ki, biz özümüz bəyənirik. Biz üçlük olaraq ərsəyə gətirdiyimiz işi bəyəndik. Mahnını tapan kimi bir həftə ərzində aranjiman etdik, klip çəkdirdik və “YouTube”da təqdim etdik. Bizdə bir çox insanlar sözdə danışırlar (söhbət bizim həmkarlarımızdan gedir), nəticədə isə ortalıqda iş yoxdur”.  

“Mahnılarınız milli dalğalarımızda səslənsin deyə, radiolara pul ödəyisiniz?” sualına Səfərova bacıları belə reaksiya veriblər.  

“Biz heç bir zaman nə televiziyaya, nə də ki radioya pul ödəmişik. Deyirlər ki, ifaçı ilk addımlarında pul ödəyib müəyyən verilişlərə çıxmalıdır ki, sonra xərclədiyin sənə geri qayıtsın. Amma biz bu fikirlə razı deyilik. Düşünürəm ki, ora verilən pullar aranjimana, çəkəcəyin klipin keyfiyyətinə getməlidir. Kanallar və radiolar gənclərə dəstək olmalıdır. Çünki həm mahnılara, həm ifaçılara həm də trendlərə görə musiqi aləmində böyük xaos, qarışıqlıq var. Keyfiyyətli yaxşı musiqiyə dəstək olmalıdır ki, bayağılıq ortalıqdan yığışdırılsın”.  

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin