Əminə Səidəni Allaha tapşırdı - QALMAQAL – VİDEO 

Hazırda oxunan: Əminə Səidəni Allaha tapşırdı - QALMAQAL – VİDEO 

75771

Bir müddət əvvəl həmkarı Səidə Sultanla söz savaşına çıxan müğənni Əminə Şirin qarşı tərəfi qəzəbləndirəcək açıqlamalar verib.  

Bizim.Media xəbər verir ki, “Şourum” maqazin verilişində qonaq olan müğənniyə aparıcı Afaq Gəncəli sənət yoldaşının “4 fəsil” mahnısını dinlədib, şərh bildirməyi istəyib.  

Səidə ilə küsülü olan Əminə “yumub gözünü, açıb ağzını”:  

“Kimin kiminləsə problemi varsa, bu ayrı məsələdir. Burada əgər söhbət musiqidən gedirsə, mən yalandan pisləyə bilmərəm. Prinsipləri kənara qoyuram. Səidənin problemi başındadır. O problemini həll edəndən sonra hamı ilə dil tapacaq, çox emosional bir insandır”.  

Əminə sonra qeyd edib ki, birinci o çıxıb danışmışdı:  

“Etmədiyim bir şeyi boynuma qoymuşdu. Qiyamət gününə kimi, sözümün arxasındayam. Bu mövzunu çürütmək istəmirəm. Heç vaxt polis qapısına şikayətə getməmişəm. Gedənlər varsa, özü bilər. Şikayətçi insan deyiləm. Mən Allaha belə şikayət etmirəm. Bir xanıma yaraşarmı, digər xanım haqqında polisə şikayət etsin? Heç zaman belə bir şey etməmişəm. Söhbət tək Səidədə deyil, elə hamıdan gedir... Etdiyimi gözünlə görüb, şahid olmusansa, get danış. Səhərisi gün hesabatını almayacağam.

Onlar danışan adamlardılar, qoy danışsınlar. Amma etmədiyim şeyi deyirlərsə... Heç zaman qarğış etmirəm, çünki övladım var, qorxuram! Amma Allaha tapşırmaq kifayətdir. Səidənin oxuduğu “Ayrı-ayrı dünyaların adamlarıyıq” mahnısı yaxşıdır. Biz Səidə ilə ayrı-ayrı dünyaların adamlarıyıq”.
Qeyd edək ki, aylar əvvəl Səidə Sultan Əminə Şirin tərəfindən polisə verildiyini açıqlayıb. O, bu addımı valideyinlərini təhqir etdiyinə görə atdığını açıqlamışdı.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin