"Real" futbol klubunun keçmiş məşqçisi Zinəddin Zidan 49 yaşında ilk dəfə baba olub.
Bizim.Media xəbər verir ki, cümə günü Zidanın böyük oğlu Enzo və həyat yoldaşı, idman bloqeri Karen Qonzalesin qız övladı dünyaya gəlib.
Xoşbəxt valideynlər körpənin ilk şəkillərini sosial şəbəkələrdə paylaşaraq, adını açıqlayıblar.
“Xoş gəldiniz Sia, bizim şahzadəmiz” - deyə, Enzo şərh yazıb. Onlar həmçinin, Karenin qızına süd verərkən çəkilən şəkillərini də yayımlayıblar.
Qeyd edək ki, Enzo Real Madridin yarımmüdafiəçisinin ailəsindəki ilk övladıdır. Ondan başqa məşhur ulduzun daha üç oğlu var - 24 yaşlı Luka, 20 yaşlı Teo və 17 yaşlı Elias.
Ailədə bütün uşaqlar atalarının yolu ilə gedir və peşəkar səviyyədə futbolla məşğul olurlar.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:48 / 23.05.2022
Zinəddin Zidan 49 yaşında ilk dəfə BABA OLDU – FOTO
Hazırda oxunan: Zinəddin Zidan 49 yaşında ilk dəfə BABA OLDU – FOTO
Hazırda oxunan: Zinəddin Zidan 49 yaşında ilk dəfə BABA OLDU – FOTO
75758
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.