Bir müddət əvvəl Türkiyədə yaşayan müğənni Günel Zeynalovanın həmkarı Murad Arif haqqında “O, Azərbaycanın Tarkanıdır” deməsi Amil Həsənoğlunu qəzəbləndirib.
Bizim.Media xəbər verir ki, Amil “Şourum” maqazin verilişində bu müqayisənin yalnış olduğunu bildirərək, qarşı tərəfi hiddətləndirəcək açıqlama verib.
“Yaxşı, mən demirəm, siz deyin... Axı Murad Arif Azərbaycanın Tarkanı deyil. Melomandır, musiqidən anlayışı var və yaxşı aparıcıdır. Tarkan dünya miqyaslı ulduzdur. Tarkanı bizim müğənnilərlə müqayisə etməyə dəyməz. Fikrimcə, Tarkanın gördüyü işləri bizim gördüyümüz işlərlə bir tərəziyə belə qoymaq doğru deyil. Tamamilə ayrı-ayrı şeylərdir. Muradın kiçik, özünəməxsus səs tembri var. Murad Arif adi musiqi ilə məşğul olan insandır” - deyə, A.Həsənoğlu bildirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:55 / 23.05.2022
O, Murad “Azərbaycanın Tarkanıdır” dedi – ETİRAZ gecikmədi: “Müqayisə etməyə dəyməz” - VİDEO
Hazırda oxunan: O, Murad “Azərbaycanın Tarkanıdır” dedi – ETİRAZ gecikmədi: “Müqayisə etməyə dəyməz” - VİDEO
Hazırda oxunan: O, Murad “Azərbaycanın Tarkanıdır” dedi – ETİRAZ gecikmədi: “Müqayisə etməyə dəyməz” - VİDEO
75685
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.