Müğənni Nadir Qafarzadə həyat yoldaşı Sevinc xanımla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi növbəti yaşına qədəm qoyan xanımı ilə çəkdirdiyi fotoları yayımlayaraq, onu təbrik yağışına qərq edib.
Qafarzadə paylaşdığı şəkilə "Xoş gəlmisən bu dunyaya. Doğum günün mübarək. Mənim üçün yaradıb. Yaradan səni. 29 illik dostum, sirdaşım, həyat yoldaşım" şərh yazıb.
Nadirin həyat yoldaşı Sevinc xanım ən böyük hədiyyəni isə gəlini Əntiqədən alıb.
O, qaynanası ilə qaynatasının birlikdə foto şəklində həkk olunan xalça hədiyyə edib. Bu hədiyyəni görən Nadirlə Sevinc təəccüblərini gizlədə bilməyiblər. Qafarzadə gəlininin ünvanına "Yıxılan evin dirəyi" sözlərini deyib.
Qeyd edək ki, N.Qafarzadənin övladı ötən ilin dekabr ayında ailə qurub.
Rəşad Əliyev, Bizim.Media