Lalə Məmmədovadan ETİRAF : "Yeyib-içilən məkanlarda oxumağı ağlıma gətirmirdim" - VİDEO

Hazırda oxunan: Lalə Məmmədovadan ETİRAF : "Yeyib-içilən məkanlarda oxumağı ağlıma gətirmirdim" - VİDEO

75591

"Anam  illərdir ki, Bakı Dövlət Universitetində "Siyasi-iqtisad, politologiya"dan dərs demiş müəllimə idi. Xasiyyətçə də sözünü deyə bilən, qadağalara üstünlük verən xanımdır. Anam üçün birinci növbədə mənəm. İkinci növbədə isə mənim övladlarımdır.  Onun üçün ən sonda isə mənim sənətçi olmağımdır. Atam mənim hər zaman dəstəkçim olub.

Anam müğənni olmağımla bağlı kəskin qadağalar qoyanda, atam qabağa düşüb söylədi ki,  "Bu səs sayılıb, seçilibsə və bu səsi eşidən Şövkət Məmmədova, İslam Rzayev kimi sənətkarlar varsa, bizim burada nəsə deməyimiz artıqdır".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova qonaq olduğu "Söhbət Musiqidən Gedir" musiqili, portret verilişində deyib.

L.Məmmədova illərdir ki, altsheymer xəstəliyindən əziyyət çəkən atasının onu tanımadığını deyib.

"Ən birinci dinləyicim atam olub. Təəssüf ki, o altsheymer xəstəsi olduğuna görə yaddaşı ilə əlaqdar məni dinləyə bilmir. O uzaq keçmişdə dinlədiyi müğənni Sara Qədimovanın mahnılarını dinlədirəm. Atam məni görəndə heç bir reaksiyası olmur. Atamın bu yöndə olan itkisi mənin üçün ən ağır itkidir. İllər ərzində dəyişən bunlar oldu.

Tamaşaçım çoxaldı, amma ən birinci dinləyicimi itirdim. Biz ailədə 5 bacıyıq. Amma övladlardan mən valideyinlərimlə qalıram. Bu məsuliyyət isə mənim çiynimdədir. Anam mən evdə olanda çox rahat olur. Verilişlərə ara verirəm. Qastrol səfərlərin birinə gedəndə digərinə məcburiyyət qarşısında imtina edirəm. Çünki çox uzun zaman valideyinlərimi və övladlarımı yalnız qoya bilmirəm".

Verilişin aparıcısı Leyla Quliyevanın "O zamanlar səhnəyə və şou proqramlara gəldiyiniz zaman həmkarınız İlqar Xəyalın sizin haqqınızda söylədiyi "Lalə paltat toxuya-toxuya səhnəyə gəlib" sözlərinə Əməkdar artist gülərək belə şərh bildirib.

"Çox maraqlıdır ki, İlqar harada mənim paltar toxumağımı görmüşdür?! (gülür) Amma düz deyib. Şou proqramlara getməyim İlqarın sahəsində olub. Daha əvvəl yeyib-içilən məkanlarda oxumağı ağlıma gətirmirdim. Bu mənim üçün çox böyük sərhəd idi. O zamanlar ödənişli təhsil əsasında maqistraturada oxuyurdum və maddi baxımından sıxıntılarım vardı. Maqistratura pilləsində təhsil aldığımı valideyinlərimdən gizlətmişdim.

Şou proqramlarıma getdikcə müəyyən məbləğ yığmışdım. İlqar mənə şou proqramlarda çıxış etməyi təklif etdi. Söylədi ki, rəhbərliyin də çox xoşuna gəlir ifanız. O zaman nə şou proqramlara, nə də ki toylara gedirdim. Baxmayaraq ki, bütün respublikaya "Məktəb illəri" mahnısı ilə tanınsam da heç bir restoranda çıxış etmirdim. Bu, bir faktdir. İlqarın çox böyük əməyi oldu".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin