"Məhəmməd Peygəmbərin məscidi hərəmində nökər olmaq nə xoş bir hissdir".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı sosial şəbəkə hesabında paylaşdığı videosunun şərh bölməsinə yazıb.
Bir neçə həftə əvvəl Məkkə şəhərində Ümrə ziyarəti zamanı lentə alınan videosunu yayımlayan sənətçi orada təmizlik işləri görüb.
Paylaşdığı görüntülərdə məscidin bir hissəsini silən Xuraman "Allah mənə buranı təmizləmək qismət etdi. Biz Ağanın nökəriyik. Biz kimik ki?" sözlərini deyib.
Müğənni "Məscidin işçilərindən başqa orada təmizlik işləri aparmağa heç kimə icazə verilmir, amma mənə icazə verdilər. Mən də bir saatdan artıq orada təmizlik işləri apardım. Bu məsciddə bir milyondan artıq şəxs namaz qıla bilir. Bu video axşam xivtəm namazından sonra çəkilib. Sonra isə subh namazında bir möcüzə baş verib. Onu da sizinlə paylaşacağam" deyə şərh bölməsinə fikirlərini əlavə edib.
Rəşad Əliyev, Bizim.Media