Müğənni Xatirə İslam kişi həmkarı Elnur Məmmədovun oğlu üçün qurban kəsib.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat verib.
Bərdəyə gedən sənətçi öz ailəsi ilə yanaşı Elnurun bir müddət əvvəl doğulan oğlu üçün də qurban kəsdirdiyini bildirib.
"Bərdədə Seyid Yusif Ağanın ocağında qurbanlarımızı kəsirik. Qurbanlarımızın içində həmkarım Elnur Məmmədovun da qurbanı var. Onun övladının dünyaya gəlməsi üçün qurban kəsəcəyimi demişdim. Allaha şükürlər olsun ki, qurbanım qəbul olundu. Qərar verdim ki, qurbanlarımız qalmasın, onları kəsək. Buradan isə Elnura və onun ailəsinə can sağlığı arzu edirəm. Gözəl balanın qurbanını kəsirəm".
Qeyd edək ki, Elnur Məmmədov 2011-ci ildə ailə qurub. Lakin onun 10 il övladı olmayıb. O, aylar əvvəl qonaq olduğu "Günün sədası" səhər şousunda ata olmaq üçün xeyli pul xərclədiyini açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media